Türkiyə Universitetinin professoru Riyaziyyat və Mexanika İnstitutunda elmi məruzə edəcək

Türkiyə Universitetinin professoru Riyaziyyat və Mexanika İnstitutunda elmi məruzə edəcək Yanvarın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Əmsalların ümumiləşmiş funksiya olan diferensial və onların bəzi fərq analoqlarının spektral analizi” mövzusunda elmi seminar keçiriləcək.
Seminarda Türkiyənin Adıyaman Universitetinin professoru Manaf Manafovun mövzu üzrə məruzəsi dinləniləcək. Məruzədə operatorun təyin sahələri və tərs spektral məsələlərlə bağlı məlumatlar veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər