Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin növbəti elmi konfrası keçiriləcək

Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin növbəti elmi konfrası keçiriləcək 11 iyun 2016-cı ildə Oksford Universitinin ən qədim kolleclərindən biri, "Brasenose" kollecində, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin növbəti elmi konfransı keçiriləcək. Konfransın mövzusu: Trans-Xəzər əlaqələri (V-XIII əsrlər).

Konfransda, Oksford Universitetinin alimləri ilə yanaşı Şotlandiyanın Edinburq Universitetinin Roma arxeologiyası üzrə professoru, Oksford və Tübingen universitetlərinin mühazirəçisi, eyni zamanda, Böyük Britaniyanın Farsşünaslıq İnstitutu və Romaşünaslığın təbliği Cəmiyyətinin şura üzvü Eberhard Zauer, Rusiyanın Elmlər Akademiyasının aparıcı arxeoloqu və tarixçisi professor Zvezdana Dode, Rusiya Elmlər Akademiyasının Dağıstan elmi mərkəzində arxeologiya departmentinin rəhbəri, professor Murtazəli Hacıyev, Harvard Universitetinin aparıcı arxeoloqu doktor Kərim Əlizadə, Nyu York və Pennsylania univeristetlərində arxeologiya üzrə aparıcı mütəxəssis, doktor Lara Fabian, Kanadanın Saskatçevan və İngiltərənin Durham universitetlərinin doktoru Kristen Hopperin elmi məruzələri nəzərdə tutulub.
Əsas elmi mövzu olaraq, V-XIII əsrləri əhatə edən dövr araşdırılır, arxeoloji qazıntıların nəticələrinin təhlili və yekunu verilir və elmi nəzəri qənaətlərə yol açılır. Konfransda Nizami Gəncəvi Mərkəzinin İngiltərə tərəfindən rəhbəri, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun və Nyu York Universitetinin aparıcı professoru Robert Hoyland və Mərkəzin Azərbaycan tərəfindən rəhbəri, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva açılış nitqi ilə çıxış edəcəklər. Oksford Universitetindən həmçinin tarixi antropologiya üzrə mütəxəssis və Nizami Gəncəvi Mərkəzinin tədqiqatçısı, doktor İrina Şinqiray, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin tədqiqatçısı, "Brasenose" kollecinin üzvü, doktor Pol Vordsvors və Oksford Universitetinin Ətraf Mühitin İdarə olunması təşkilatının aparıcı arxeoloqu, doktor Çarlz de Kesnen elmi məruzələrlə çıxış edəcəklər. Alimlərin elmi məruzələri interaktiv təqdimatda nəzərdə tutulub. Məruzələrin qısa xülasəsi Mərkəzin vebsaytında yerləşdiriləcək. Konfrans haqqında ətraflı və əlavə məlumat oxuculara yaxın günlərdə təqdim ediləcək.


Tehsil-press.az

Oxşar xəbərlər