Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun (RMİ) gənc alimləri Səbinə Sadıqova və Aynurə Cəfərova Almaniyanın Heydelberq Universitetinin Elmi Hesablamalar üzrə Beynəlxalq Fənlərarası Mərkəzində (EHBFM) “Kvant kimyasında riyazi metodlar” mövzusunda keçirilən konfransda iştirak ediblər.
Tədbirdə S.Sadıqovanın “Freymlər, tətbiqlər və Hardi siniflərində abstrakt misallar”, A.Cəfərovanın “Raka çoxhədliləri üçün yeni rekurrent münasibətlər cütlüyünə əsaslanan yaxın qonşu qarşılıqlı təsirinə malik birölçülü fermion spin zəncirlərində yüksək keyfiyyətli kubit ötürülməsi” mövzularında məruzələri maraq doğurub.
RMİ-nin alimləri, eyni zamanda, Heydelberq Universitetinin professorları ilə geniş elmi müzakirələr aparıblar.
Qeyd edək ki, EHBFM 1987-ci ildə Heydelberq Universitetində elmi hesablamaların fənlərarası sahəsində tədqiqatların aparılması məqsədilə elmi-tədqiqat institutu kimi yaradılıb.
Tehsil-press.az