Beynəlxalq konqresdə ADNSU-nun rektorunun məruzəsi dinlənilib

Beynəlxalq konqresdə ADNSU-nun rektorunun məruzəsi dinlənilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində keçirilən “Neft paytaxtı” beynəlxalq gənclər elmi-praktik forumunda və tədbir çərçivəsində təşkil olunan Fərman Salmanov adına I beynəlxalq akademik neft konqresində iştirak edir.
Forum bu ali məktəbin əməkdaşlıq etdiyi Yuqorsk Dövlət Universiteti, eləcə də Rusiyanın digər qaz-neft universitetləri və şirkətləri tərəfindən dəstəklənir.
ADNSU-nun nümayəndə heyəti Xantı-Mansi şəhərində ali məktəbin görkəmli məzunu Fərman Salmanovun xatirəsinə həsr olunmuş tədbirlərdə iştirak edib. Xantı-Mansi Muxtar Dairəsinin qubernatoru Natalya Komarovanın iştirakı ilə keçirilən konfransın açılışında professor M.Babanlı çıxış edib.
ADNSU-nun rektoru, eyni zamanda, “Gələcəyin təhsili: neft sənayesi üçün kadrların hazırlanmasında perspektiv təcrübə” mövzusunda plenar iclasın moderatoru olub. M.Babanlının “Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tədris prosesinin təşkilinin innovativ modeli” mövzusunda məruzəsi dinlənilib.

ADNSU-nun Mətbuat Xidməti





Oxşar xəbərlər