“100 innovativ tələbə” layihəsində 20-dən artıq biznes-ideya müzakirə olunub

“100 innovativ tələbə” layihəsində 20-dən artıq biznes-ideya müzakirə olunub Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı keçirilən “100 innovativ tələbə” layihəsi çərçivəsində tələbələrin 20-dən artıq biznes ideyası müzakirə olunub. “Məhsulun yaradılması və inkişaf etdirilməsi” modulu çərçivəsində tələbələrin irəli sürdüyü ideyaların müasir metodologiyaya əsasən bazara uyğunluğunun təhlili, yeni məhsul və xidmətlər vasitəsilə potensial müştərilərin problemlərinin həlli, real tələbat məsələləri praktik tapşırıqlar vasitəsilə təhlil edilib.
Modul çərçivəsində Böyük Britaniyanın tədris müəssisələrinin təqdim etdiyi proqram üzrə tələbələrə biliklər verilib, tapşırıqlar üzrə iş aparılıb.
Təlim BDU tələbələri üçün nəzərdə tutulsa da, digər universitetlərin tələbələrinin marağına səbəb olduğundan onların da iştirakı təmin edilib.
Tələbələrin mövzu ətrafında sualları cavablandırılıb və maraqlı diskussiya aparılıb.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı “100 innovativ tələbə” layihəsinə martın 1-də start verilib. BDU-nun Tədirs tele-radio studiyasında keçirilən layihənin məqsədi tələbələrdə innovasiyalara əsaslanan sahibkarlığın motivasiya edilməsidir. Layihə çərçivəsində innovativ sahibkarlıq tədris proqramının hazırlanması, bu sahədə fəaliyyət göstərən insanlara ustad dərslərinin keçirilməsi, tədris-teleradio studiyasında müsahibələrin təşkili də nəzərdə tutulur.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 7 mart 2019-cu il


“100 innovativ tələbə” layihəsində 20-dən artıq biznes-ideya müzakirə olunub

Oxşar xəbərlər