“Mənim Universitetim - 100 il” layihəsi 182 və 162 saylı orta məktəblərdə təqdim olunub

“Mənim Universitetim - 100 il” layihəsi 182 və 162 saylı orta məktəblərdə təqdim olunub Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı tədbirlər planına əsasən bu ali təhsil müəssisəsi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə layihəsi olan “Mənim Universitetim – 100 il” layihəsi çərçivəsində növbəti tədbir Binəqədi rayonunda yerləşən 182 və Səbail rayonunda yerləşən 162 saylı orta məktəblərdə təşkil olunub. Adıçəkilən məktəbin direktorları Zinət Tağıyeva və Sevinc Abbasova 100 yaşlı Bakı Dövlət Universitetinin tarixi və inkişaf yolu barədə danışıblar.
BDU-nun Tələbə Gənclər Təşkilatının sədr əvəzi, layihənin rəhbəri İsmayıl Kərimov isə universitetin təhsili və tələbə həyatı barədə məlumat verib.
Tədbirdə iştirak edən tələbələr şagirdlərlə həmsöhbət olub, onların universitetlə bağlı çoxsaylı suallarını cavablandırıblar.
Görüşdə şagirdlərə, eyni zamanda, “BDU – mənim universitetim” mövzusunda inşa müsabiqəsi, onun şərtləri haqqında məlumat verilib. Qeyd edilib ki, müsabiqənin qalibi olan şagirdlər universitetə dəvət ediləcək və müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.
Tədbir Bakı Dövlət Universitetinin həyatını əks etdirən videoçarxın nümayişi ilə başa çatıb.
Qeyd edək ki, “Mənim Universitetim – 100 il” layihəsinin məqsədi Bakı şəhərinin bir neçə orta məktəbində yuxarı sinif şagirdləri ilə Bakı Dövlət Universiteti tələbələrinin görüşünü təşkil etmək, onları bu ali təhsil ocağının fəaliyyəti barədə məlumatlandırmaqdır.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 4 mart 2019-cu il


“Mənim Universitetim - 100 il” layihəsi 182 və 162 saylı orta məktəblərdə təqdim olunub

“Mənim Universitetim - 100 il” layihəsi 182 və 162 saylı orta məktəblərdə təqdim olunub

Oxşar xəbərlər