Bakı Dövlət Universiteti daha bir qurumla əməkdaşlığı genişləndirir

Bakı Dövlət Universiteti daha bir qurumla əməkdaşlığı genişləndirir Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi Cəmiyyətinin nümayəndələri ilə “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində görüş keçirilib.
Mərkəzin rəhbəri İmran Bağırov gənclərin uğurlu karyera qurmasına dəstək məqsədilə həyata keçirilən layihə və tədbirlərdə onların fəal iştirakı üçün yaradılan şəraitdən və perspektivlərdən danışıb.
Sonra universitet əməkdaşları ilə tələbə gənclərin innovativ fikirlərinin həyata keçirilməsi istiqamətində görülən işlər haqqında fikir mübadiləsi aparılıb, yeni təkliflər səsləndirilib. Eyni zamanda, jurnalistika fakültəsi nəzdində yaradılan Barama Media Mərkəzinin fəaliyyətini daha da genişləndirmək, bütün fakültələrin tələbələrinin bilik və bacarıqlarının tətbiqinə töhfə vermək haqqında təkliflər irəli sürülüb.
Tələbə elmi cəmiyyətlərinin sədrləri Vəfa İsgəndərova (jurnalistika), Əlimusa İbrahimov (beynəlxalq münasibətlər və iqtisadiyyat), Leyli Kərimova (ekologiya və torpaqşünaslıq), Arif Orucov (fizika) və jurnalistika fakültəsinin tədris teleradio studiyasının müdiri Ramin Rzayev çıxış edərək Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə Bakı Dövlət Universiteti arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıblar.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər