ADPU-nun əməkdaşları EQAC layihəsi çərçivəsində Londonda səfərdə olublar

ADPU-nun əməkdaşları EQAC layihəsi çərçivəsində Londonda səfərdə olublar Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşları Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan unversitetlərində Keyfiyyətin Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində 9-16 fevral tarixlərində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində yerləşən Middlesex Universitetinə təlim səfərində olublar. Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən sözügedən layihədə ADPU da daxil olmaqla 11 yerli və 5 avropalı tərəfdaş müəssisə iştirak edir. Təlim səfərində ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi, layihənin universitet üzrə meneceri Lətif Kəngərlinski, Tədqiqat və inkişaf şöbəsinin mütəxəssisi Xəyyam Cəfərzadə iştirak ediblər.
Bütün təlimlər London şəhərində yerləşən Middlesex Universitetində həyata keçrilmişdir. Səfər zamanı keyfiyyətin təminatı ilə bağlı bir sıra təqdimat və müzakirələrdən ibarət olan, zəngin proqramı əhatə edən təlim və seminarlar keçirilmişdir. Ümumilikdə təlim zamanı əsas mövzular Milli Kvalifikasiya Çərçivəsi, təlim nəticələri, bacarıqlar və təhsildə keyfiyyətlə bağlı bir sıra digər mövzulardan ibarət olub.
Təlimlər zamanı təhsilin keyfiyyətinun təminatında maraqlı tərəflərin təhlilinin aparılması, əhatəsinin müəyyən edilməsinin əhəmiyyəti ilə bağlı “Maraqlı tərəflərin müəyyən edilməsi (mapping) və cəlb edilməsi” mövzusunda, keyfiyyətin əsas aspektlərinin ümumi izahına həsr olunmuş “Keyfiyyətə baxış” mövzusunda, kursun çatdırılma və dizaynı ilə bağlı “Akademik inkişaf, qiymətləndirmə və təhlil”, eləcə də “Milli keyfiyyət çərçivəsi” mövzusunda, öyrənmə nəticələri ilə səriştə arasındakı qruplaşmağa-uyğunlaşmağa fokuslanmaqla bağlı “Səriştə və öyrənmə nəticələrinin birləşməsi”, “Qiymətləndirmə təcrübələrinin nümayişi”, “İllik monitorinq”, “Keyfiyyətin təminatının akademik departamentlərə təsiri” və s. mövzularda təqdimatlar nümayiş olunub, müzakirələr aparılıb.
Qeyd etmək lazımdır ki, layihənin əsas məqsədi Azərbaycan ali təhsil müəssisələrində keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və onların iş prinsipinin beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarətdir. Layihə çərçivəsində ötən müddətdə xarici mütəxəssislərin iştirakı ilə bir sıra təlimlər keçirilib, o cümlədən 3 xarici səfər baş tutub.
Təlimlərin sonunda Azərbaycan Respublikasının Londondakı səfirliyiynin əməkdaşının, Middlesex Universitetinin prorektorunun və proqram rəhbərinin iştirakı ilə bütün əməkdaşlara sertifikatlar təqdim edilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-nun əməkdaşları EQAC layihəsi çərçivəsində Londonda səfərdə olublar

ADPU-nun əməkdaşları EQAC layihəsi çərçivəsində Londonda səfərdə olublar

ADPU-nun əməkdaşları EQAC layihəsi çərçivəsində Londonda səfərdə olublar

Oxşar xəbərlər