Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və “Bank Respublika” ASC-nin birgə təşkilatçılığı ilə Qusarda gənc startapçılar üçün yay düşərgəsi təşkil olunub.
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulan tədbirlər çərçivəsində keçirilən layihənin məqsədi biznes ideya müsabiqələrinin qalibi olan UNEC-in gənc startapçılarına öz bizneslərini inkişaf etdirmək, yeni satış texnologiyalarına yiyələnmək və bu istiqamətdə onlara metodiki və psixoloji dəstək göstərmək olub.
Layihə çərçivəsində keçirilən təlimlərdə bankın marketinq və informasiya texnologiyaları mütəxəssisləri gənc startapçılara bu sahənin son tendensiyaları barədə məlumat veriblər, müştəri ehtiyacları, məhsulların və hədəf qrupun xarakterik üstünlüklərini müəyyən etmək yollarını açıqlayıblar. Eyni zamanda, onlara qiymətli və kreativ məhsul-xidmət təklifi yaratmaq, müştərilərlə iş səviyyəsini yüksəltmək üsulları izah edilib.
Praktiki tapşırıqlara əsaslanan çevik və interaktiv formatda təşkil olunan təlimlərdə UNEC-in Karyera Mərkəzi ilə İnnovativ Biznes İnkubatorun mütəxəssisləri və təlimçi psixoloqlar da iştirak ediblər. Onlar UNEC-in gənc startapçılarına müvəffəqiyyətin optimal biznes modeli və biznes psixologiyası barədə ətraflı məlumatlar veriblər. Yay düşərgəsində startapçıların təcrübə mübadiləsi aparmaq imkanları da təmin edilib. Tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə onlar regionun turizm bölgələri ilə tanış olub, Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

UNEC-in Mətbuat Xidməti