Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının dəstəyi, “ENGİN” şirkətinin təşkilatçılığı ilə martın 8-dən 10-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Qayıdış” yaz məktəbi keçiriləcək. Altmışdan çox məktəbli və gənci əhatə edəcək yaz məktəbinin təşkilində tələbə-könüllülər də iştirak edəcəklər.
“Qayıdış” yaz məktəbi Cocuq Mərcanlı kəndində yaşayan məktəbli və gənclərin Novruz bayramı ərəfəsində maraqlı vaxt keçirmələrinə şərait yaratmaq, şəxsi inkişaflarına stimul vermək, həyata fərqli baxış və dünyagörüşlərinin formalaşmasına təsir etmək, təhsilə maraqlarını artırmaq məqsədi daşıyır. Məktəblilər və gənclər təlimçi və ekspertlər tərəfindən keçiriləcək incəsənət, yaradıcılıq, biznes, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcəklər.
“Qayıdış” yaz məktəbi “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi, təlimlər isə Azərbaycan İntellektual Klublar Assosiasiyası, Təhsil Nazirliyinin “SABAH” qrupları, “Youth Inc.” Sahibkarlıq Proqramı, “Asmart creative hub” Yaradıcılıq Mərkəzinin tərəfdaşlığı ilə təşkil olunacaq.
Qeyd edək ki, Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yaradılıb.
Mətbuat Xidməti