İstanbul Universiteti UNEC ilə sertifikat proqramları hazırlamaqda maraqlıdır

İstanbul Universiteti UNEC ilə sertifikat proqramları hazırlamaqda maraqlıdır Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Türkiyənin İstanbul Universiteti arasında telekörpü keçirilib.
İstanbul Universitetinin açıq və distant təhsil fakültəsi ilə UNEC-in Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzi (DQƏTM) arasında keçirilən görüşdə distant təhsil haqqında fikir mübadiləsi aparılıb.
İstanbul Universitetinin açıq və distant təhsil fakültəsinin dekan müavinləri Musa Şahin və Hayrettin Evirgen 160 mindən çox tələbəsi olan İstanbul Universitetinin 100 minədək tələbəsinin bu fakültənin payına düşdüyünü bildirib. Onun sözlərinə görə, fakültə 2009-cu ildən etibarən distant, 2011-ci ildən isə açıq öyrətmə təhsili verməklə Türkiyədə hər iki istiqamətdə yeganə bölümdür.
DQƏTM-in direktoru Səbuhi Tanrıverdiyev bildirib ki, Azərbaycanda ilk dəfə UNEC-in bazasında distant təhsilin tətbiqi üçün yüksək standartlara cavab verən mərkəz yaradılıb. O, bu istiqamətdə Türkiyə ali təhsil ocaqları ilə sıx əməkdaşlıq qurulduğunu və təcrübə mübadiləsinin həyata keçirildiyini qeyd edib.
Görüşdə İstanbul Universitetinin nümayəndələri UNEC ilə distant təhsil sahəsində sertifikat proqramları hazırlamaqda maraqlı olduqlarını bildiriblər. Sonda UNEC-in nümayəndə heyəti İstanbul Universitetinə dəvət edilib.
Telekörpü UNEC-in Gənc Müəllimlər Şurasının İstanbul Universitetinə ezam edilən üzvlərinin təşəbbüsü ilə reallaşıb.

UNEC-in Mətbuat Xidməti


İstanbul Universiteti UNEC ilə sertifikat proqramları hazırlamaqda maraqlıdırİstanbul Universiteti UNEC ilə sertifikat proqramları hazırlamaqda maraqlıdır

Oxşar xəbərlər