Aprelin 24-də Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabına həsr olunan dəyirmi masa keçirilib.
TEC-in sədri Lamiə Muğalova bildirib ki, əsrlər boyu Azərbaycanda formalaşan multikultural dəyərlər ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə yeni inkişaf mərhələsinə qədəm qoyub. L.Muğalova Azərbaycan multikulturalizminin dünya miqyasında öyrənildiyini deyib.
ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabında Prezident İlham Əliyevin multikultural dəyərlər barədə söylədiyi fikirlərin, eyni zamanda Azərbaycan multikulturalizm modelinin xüsusiyyətlərinin öz əksini tapdığını bildirib. Multikulturalizmin Azərbaycanın dövlət siyasəti olduğunu söyləyən S.Hüseynov kitabın üç dildə dərc edilməsinin multikultural dəyərlərin dünya miqyasında təbliğində əhəmiyyətli rolu olduğunu sözlərinə əlavə edib.
Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin dekanı, dosent İbrahim Kazımbəyli “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının müxtəlif təhsil müəssisələrində tədris olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini deyib. O, deyib ki, Azərbaycan multikulturalizmi bu gün dünyada yüksək qiymətləndirilir və Azərbaycan xalqı bu siyasəti öz həyat tərzi olaraq seçib.
Sonda Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin I kurs tələbəsi Günay Sadıqlı və Filologiya və jurnalistika fakültəsinin II kurs tələbəsi Sevinc Məsimova multikulturalizmə həsr olunan slayd təqdim ediblər.
ADU-nun Mətbuat Xidməti