Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə Auditoriya+ proqramı çərçivəsində “Müasir beynəlxalq münasibətlərdə multikultural cəmiyyət” mövzusunda dəyirmi masa keçirilib.
Kafedra müdiri, siyasi elmlər doktoru, dosent Aidə Yusifzadə müasir Azərbaycanda multikulturalizmin dövlət siyasətində mühüm rol oynadığını bildirib. Multikultural cəmiyyətin ölkəmizdə qədim dövrlərdən yarandığını qeyd edən A.Yusifzadə onun dövlətimizin milli-mənəvi və ümumbəşəri dəyərlərini əks etdirən ardıcıl bir siyasət olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkə Prezidenti İlham Əliyev multikulturalizmi həyat tərzi kimi qiymətləndirib və bunun alternativi yoxdur. Bu baxımdan multikulturalizm hər zaman aktual olaraq qalacaq.
Həmin kafedranın müəllimi Aysel Bağırova multikulturalizm anlayışı, onun yaranması, dünya və Azərbaycanda inkişafı, modelləri və komponentləri, eyni zamanda multikultural cəmiyyətdə gender bərabərliyi, mədəni dəyərlər haqqında təqdimatla çıxış edib. O, bildirib ki, multikultural cəmiyyətdə etnik, dini, irqi, mədəni müxtəlifliyi olan bütün qruplar öz hüquq və azadlıqlarını qoruyub saxlayaraq gələcək nəsillərə ötürə bilərlər. Multikulturalizmin Azərbaycan modelindən danışan A.Bağırova ölkəmizdə multikultural dəyərlərin qədim tarixə malik olduğunu, hazırda da bu ənənənin uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Daha sonra kafedranın baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru Mehriban Babaxanova “Multikultural cəmiyyətdə hüquqi təminatlar” mövzusunda təqdimatla çıxış edib. O, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hüquq və azadlıqlar və digər məsələlərdən söz açıb. M.Babaxanova qeyd edib ki, dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. M.Babaxanova həmçinin tolerantlıq anlayışı, onun yaranma və inkişaf tarixi, mahiyyəti barədə fikirlərini iştirakçılarla bölüşüb.
Dəyirmi masada tələbələr tərəfindən müxtəlif regionlara xas multikultural dəyərlər barədə məlumat verilib, eyni zamanda tələbələr arasında multikulturalizm və tolerantlıqla bağlı keçirilən sorğunun video görüntüsü təqdim edilib.
Tədbir qarşılıqlı fikir mübadiləsinin aparılması ilə davam edib.
ADU-nun Mətbuat xidməti