Azərbaycan Dillər Universitetində (ADU) “İndoneziya və Azərbaycanda multikulturalizm: müqayisəli araşdırma” mövzusunda seminar keçirilib. ADU və İndoneziyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən seminar hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Açılış niqti ilə çıxış edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla səfiri və indoneziyalı qonaqları salamlayaraq onları ADU-da görməkdən məmnun olduğunu söyləyib. O, bu yaxınlarda İndoneziyanın milli bayramının Azərbaycanda yüksək səviyyədə qeyd edildiyini bildirib və iştirakçılar adından qonaqlara təbriklərini çatdırıb. Akademik ADU-da İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyət göstərdiyini vurğulayaraq bu mərkəzin fəaliyyəti hesabına Azərbaycanda indoneziyaşünas mütəxəssislərin yarandığını diqqətə çatdırıb. K.Abdulla səfir Hüsnan Bəy Fananinin yaxından dəstəyi ilə Cakartadakı İndoneziya Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması istiqamətində konkret addımların atıldığını diqqətə çatdırıb, yaxın gələcəkdə orada tələbələrin Azərbaycanla bağlı tədbirdə himnimizi məhəbbətlə səsələndirəcəklərinə ümid etdiyini bildirib.
Rektor daha sonra İndoneziya və Azərbaycanın multikultural dəyərlərindən danışıb. Onun sözlərinə görə, İndoneziya ilə Azərbaycanı bir çox cəhətlər birləşdirir ki, bunlar arasında multikulturalizmi xüsusilə qeyd etmək lazımdır. K.Abdulla bildirib ki, Prezident İlham Əliyev multikulturalizmi Azərbaycanın dövlət siyasəti elan edib: “Multikulturalizm Azərbaycan xalqının qədim tarixindən bu gününə qədər onun ən böyük ziyalılarının yaradıcılığından qırmızı xətlə keçən son dərəcə insansevər və dünyəvi dəyərlərə açıq olan mənəvi bir xəzinədir. Ulu Öndər Heydər Əliyevin siyasi əsaslarını qoyduğu multikulturalizm xətti bu gün Prezident İlham Əliyev tərəfindən dövlət siyasəti kimi inkişaf etdirilir və bizim universitet də bu inkişafa öz töhfəsini verir. Mən inanıram ki, bizim universitetin müəllim-tələbə heyəti, potensialı bizə imkan verəcək ki, Azərbaycanın multikulturalizm ideyalarını dünyanın bir çox ökələrinə aparaq və o cümlədən İndoneziyada son dərəcə davamlı, etibarlı dayaq nöqtəsi yaradaq. Bu gün ADU-da Multikulturalizm elmi-tədqiqat laboratoriyası yaradılıb, ölkəmizdə Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi fəaliyyət göstərir. Eyni zamanda dünyanın 15 universitetində, həmçinin İndoneziyada “Azərbaycan multikulturalizmi” fənni uğurla tədris edilir”.
Multikultural dəyərlər baxımından İndoneziyanı Azərbaycanın böyük mənəvi müttəfiqi kimi xarakterizə edən akademik bu ölkənin özlüyündə böyük bir multikultural dövlət olduğunu vurğulayıb. O, mindən çox millətin, xalqın yaşadığı bir ölkədə bu insani münasibətlərin qədim zamanlardan inkişaf edə-edə bugünkü vəziyyətə dostluq, qardaşlıq şəraitində gəlib çıxmasının səbəbini Azərbaycanda olduğu kimi İndoneziyada da insanlar arasında həmrəylik münasibətlərinin dövlət səviyyəsində tənzimlənməsi ilə izah edib.
Daha sonra çıxış edən İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani bu seminarın Azərbaycanda keçirilən II İndoneziya mədəniyyət festivalının tərkib hissəsi olduğunu vurğulayıb. İndoneziyanı dünyanın ən böyük multikultural ölkəsi kimi dəyərləndirən səfir bu dövlətdə yaşayan 270 milyon insanın 1300-dən çox etnik qrupa məxsus olduğunu, lakin onları dil və dinin birləşdirdiyini sözlərinə əlavə edib. Səfir Azərbaycanı özünün ikinci vətəni adlandırıb: “Azərbaycan mənim sevimli ölkəmdir”.
Seminarda Banqdunq Dövlət İslam Universitetinin rektoru, Prof. Dr. M.Mahdmud M.Si “İndoneziya və Azərbaycan multikulturalizmi qlobal model kimi”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru əvəzi Rəvan Həsənov “Azərbaycan multikulturalizminin siyasi-hüquqi əsasları”, Cokyakarta Sinan Kalicaqa Dövlət İslam Universitetinin əməkdaşı Dr. Munavar Ahmad “Azərbaycan və İndoneziyada multikulturalizmin möhkəmlənməsində ictimai kapitalın rolu”, Azərbaycan Dillər Universitetinin Ümumi dilçilik kafedrasının professoru Həbib Zərbəliyev “Azərbaycan və İndoneziyada multikulturalizm: kontekst və çağırışlar”, Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, fəlsəfə doktoru Rəşad İlyasov isə “Azərbaycan multikulturalizminin ədəbi-bədii və fəlsəfi qaynaqları” mövzularında çıxış ediblər.

ADU-nun Mətbuat Xidməti