Bakıda Novruz şənlikləri davam edir

Bakıda Novruz şənlikləri davam edir Xalqımızın ən əziz bayrami olan Novruz bayramı paytaxt Bakı şəhərində xüsusi təntənə ilə qeyd edir. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinın tapşırığına əsasən paytaxtın bütün rayonlarında genişmiqyaslı hazırlıq işləri aparılıb.
Tehsil-press.az xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq paytaxtın rayonlarında əsas meydanlardan əlavə olaraq bütün qəsəbə və yaşayış məntəqələrində də bayram tədbirləri keçirilir. Həmçinin əhaliyə ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları çatdırılması üçün yarmarkalar təşkil olunub.
Tədbirlər çərçivəsində paytaxtın Suraxanı rayonunda və rayonun qəsəbələrində bayram şənlikləri geniş miqyasda keçirilib.
Ilk növbədə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda ümumrayon bayram şənliyi keçirilib. “Atəşgah Məbədi”nin qarşısı baharın gəlişi münasibətilə başdan-başa bayram libasına bürünüb.
20-21 mart tarixlərində bayram tədbirləri rayonun Bülbülə, Əmircan, Qaraçuxur, Hövsan, Zığ, Yeni Suraxanı qəsəbələrində davam etdirilib.
Bayram tədbirlərində tanınmış incəsənət ustaları, rayonun mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirib, "Kosa, Keçəl və Bahar qız" tamaşasını göstərilib, rəngarəng konsert proqramı ilə çıxış ediblər. Şənlik iştirakçıları qədim xalq mahnılarını ifa edib, milli musiqinin sədaları altında rəqs ediblər.
Bu əziz bayramı Suraxanı sakinləri böyük sevinc və fərəhlə qeyd edirlər. Sakinlərimiz və şəhərin qonaqlarına zəngin Azərbaycan mətbəxi nümunələri təqdim olunub. Parklar boyunca düzülmüş manqallarda bişirilən müxtəlif kabablar iştirakçılar tərəfindən xüsusi qeyd olunub.
Tədbirlərdə rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri, çoxsaylı xarici və yerli qonaqlarla yanaşı Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri də iştirak etmişlər.

Tehsil-press.az


Oxşar xəbərlər