Min illərdir ki, xalqımız baharın gəlişini Novruz bayramı ilə qeyd edir, bu bayramı öz milli varlığı kimi qoruyub saxlayır. Bu il Sumqayıt şəhəri Movruz bayramına daha möhtəşəm və daha mütəşəkkil hazırlaşmışdır. Şəhər sakinlərinin sevimli istarahət guşəsi olan yeni yaradılmış Sumqayıt bulvarı baharın gəlişi münasibətilə başdan-başa bayram libasına bürünmüşdür. Bayram şənliyində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər sakinlərini təbrik edərək, bayram tonqalını qalamışdır. Dədə Qorqud və bahar qız xeyir-dua verərək, Novruz bayramının xalqımıza uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıb, milli geyimli uşaqlar meydanda rəqs ediblər. Bulvarın girişində qonaqlara bulvarın tikintisinin rəmzi olan kompozisiya təqdim olunub. Sonra Bulvar boyunca xalq gəzintisi və bayram şənlikləri təşkil edilib. Səməni və digər Novruz atributları ilə bəzədilən bulvarda Novruzun personajları olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunlar, mədəniyyətmüəəssisələrininkollektivlərinin çıxışı, idmançıların və kəndirbazların müxtəlif nömrələri mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbir iştirakçıları xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərləri özündə əks etdirən səhnələrə, çoxsaylı bayram çadırlarının ətrafında qədim el-elat görüntülərinə, milli geyimlərimizin, mətbəximizin, xalq yaradıcılığının və sənətkarlığının ən gözəl nümunələrinə tamaşa ediblər. Sonda Sumqayıt bulvarının konsert meydançasında bayram konserti keçirilib. Tədbirdə respublikanın tanınmış sənət ustaları, incəsənət xadimləri iştirak edib.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti
Mətbuat xidməti