Novruz bayramı münasibətilə Gürcüstanın Qardabani rayonunda şənlik təşkil edilib

Novruz bayramı münasibətilə Gürcüstanın Qardabani rayonunda şənlik təşkil edilib Novruz bayramı münasibətilə Gürcüstanın Qardabani rayonunda şənlik keçirilib.

Şəhərin mərkəzində Novruz atributlarından ibarət guşələr yaradılıb, süfrələr açılıb. Rayonun musiqi kollektivlərinin üzvləri, məktəblilər, gənclər müxtəlif mahnı və rəqslər ifa ediblər. Nərd oyunu üzrə rayon birinciliyi keçirilib və qaliblərə mükafatlar təqdim olunub.
Sonra tədbir rayon mədəniyyət evində davam etdirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Qoça Camarauli, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev və başqaları tədbir iştirakçılarını və xalqımızı bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıblar.
Sonra aşıqlar və müğənnilər, rəqs qrupları maraqlı konsert proqramı ilə çıxış ediblər.
Bayram tədbiri tanınmış müğənni Talıb Talenin solo proqramı ilə başa çatıb.

Təhsil-press.az

Oxşar xəbərlər