Paytaxtın ümumtəhsil müəssisələrində Novruz bayramı ilə əlaqədar tədbirlər keçirilib.
“Gəl, Novruzum”, “Novruz töhfələri”, “Novruz gəlir, yaz gəlir”, “Novruz adətlərimiz”, “Yurdumuza yaz gəlir”, “Səməni, saxla məni”, “Novruz xalq bayramıdır” və digər müvafiq mövzularda tədbirlər, ədəbi-bədii kompozisiyalar, dəyirmi masalar, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edilib. Həmçinin bir sıra məktəblərin pedaqoji kollektivi və şagirdləri hərbi hissələrə, uşaq evlərinə gedib, imkansız ailələrə bayram sovqatı aparıblar.
Bundan əlavə, təhsil müəssisələrində Novruz bayramı münasibətilə divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, müxtəlif nominasiyalar üzrə müsabiqələr təşkil olunub.
BŞTİ-nin əməkdaşlarının, yerli icra qurumlarının, ziyalıların, şair və yazıçıların, məktəblərin pedaqoji kollektivlərinin, valideyn və şagirdlərin iştirak etdikləri tədbirlərdə xalqımızın qədim tarixini əks etdirən, milli adət-ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, Su, Od, Yel və Torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, bu bayramın qədim adət-ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Bolluq, xeyirxahlıq, gözəllik və humanist ideyalar bayramı olan Novruzun dünyadakı bütün azərbaycanlılar tərəfindən qeyd edilməsi milli birliyin nişanəsidir.
Tədbirlərdə milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi şagirdlərin diqqətinə çatdırılıb.
Bayram şənliklərində şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar oxuyub, şeirlər səsləndirib, maraqlı səhnəciklər nümayiş etdiriblər. Şagirdlərin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızının gəlişi tədbirlərə rəngarənglik qatıb.
Sonda bayram tonqalı qalanıb, məktəblilər tonqal ətrafında yallı gediblər.

BŞTİ-nin Mətbuat Xidmti