Rusiya prezidenti sərəncam imzalayıb
Rusiya prezidenti Vladimir Putin ümumi təhsil fənləri üzrə beynəlxalq olimpiadaların qaliblərinə və onların hazırlığını həyata keçirmiş məşqçilərə Rusiya Federasiyasının Prezidenti mükafatlarının təsis edilməsi haqqımda sərəncam imzalayıb.
Sənədə əsasən, beynəlxalq olimpiadalarda qızıl medalların qaliblərinə 1 milyon, gümüş medal üçün 500 min, bürünc medal üçün isə 400 min rubl ödəniləcək.
Qaliblərin müəllimləri üçün ayrılan vəsait isə müvafiq mükafatların 50 faizi həcmində olacaq. Mükafatların ödənməsinin təşkilatı-texniki təminatı və informasiya dəstəyi "İstedadı və uğur" təhsil fondu tərəfindən həyata keçiriləcək. İmzalandığı gündən qüvvəyə minən sərəncam həm də 2018-ci ilin olimpiada qaliblərinə də şamil olunacaq.
Rusiya hökuməti aprelin 30 -na qədər vəsaitlərin ödənmə qaydalarını və müddətini, müəllimlərə ödəniləcək mükafatın həcmini, eləcə də mükafatın qaliblər tərəfindən məqsədyönlü istifadəsini müəyyən etməlidir.
Sərəncamda vəsaitlərin ilk növbədə qaliblərin təhsil ehtiyaclarının təmin olunmasına, istirahətin və sağlamlıqlarının təminatına, həmçinin özünü inkişaf və özünü təsdiqlə bağlı digər ehtiyaclarlarının ödənməsinə sərf olunması nəzərdə tutulur.
Həmçinin hökumətə tapşırılıb ki, 2019-cu ildən başlayaraq, mükafatların təsis olunması ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün büdcə vəsaitlərinin ayrılmasını təmin etsin.

Oruc MUSTAFAYEV