Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Gürcüstanda “Novruz” tədbirlərinə qatılıb

Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Gürcüstanda “Novruz” tədbirlərinə qatılıb Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi məktəbin direktoru əməkdar müəllim İkram Manafovun rəhbərliyi altında Gürcüstanda səfərdə olub.
Belə ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, Gürcüstandakı M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mərkəzinin dəvəti ilə Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi “Novruz” bayramına həsr olunmuş silsilə tədbirlərdə iştirak edib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin rəsmiləri – Fəxri Hacıyev, Vüqar Mustafayev, Tbilisi şəhərinin merinin müavini İlya Eloşvili, Tbilisi sakrebulosunun sədri Georgi Txemaladze və digər qonaqların iştirak etdikləri silsilə tədbirlər rəsmi çıxışlar və təbriklərdən sonra, açıq səma altında konsert proqramları ilə davam edib.
Konsertdə məktəbin xalq çalğı alətləri, nağaraçılar ansamblları, xanəndəlik sinfinin müəllim və şagirdləri, rəqs kollektivinin ifaları dinləyicilər tərəfindən maraqla dinlənilərək, alqışlarla qarşılanıb.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti


Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Gürcüstanda “Novruz” tədbirlərinə qatılıbAbşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Gürcüstanda “Novruz” tədbirlərinə qatılıbAbşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Gürcüstanda “Novruz” tədbirlərinə qatılıbAbşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Gürcüstanda “Novruz” tədbirlərinə qatılıbAbşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Gürcüstanda “Novruz” tədbirlərinə qatılıb

Oxşar xəbərlər