“İki helikopter cəlb olunub, biri də gəlir” - Heydərov hadisə yerində + Video

“İki helikopter cəlb olunub, biri də gəlir” - Heydərov hadisə yerində + Video Bakının Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş verən güclü yanğın davam edir.
Hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov gəlib.
Onlar yanğının söndürülməsinin gedişatı ilə maraqlanırlar.
***
Nazir KİV nümayəndələrinə açıqlamasında yanğını söndürmək üçün iki helikopterin cəlb olunduğunu açıqlayıb: “İkisi cəlb olunub, biri də hadisə yerinə gəlir. Ciddi bir yanğındır. Yaxşı ki, digər binalara keçməyib, qarşısı alınıb. Ticarət mərkəzinin çöl hissəsi alkoponla üzlənib, bunlar yanan maddələrdir”.



Tehsil-press.az

Oxşar xəbərlər