Qadınların tarixi “kosmik gəzinti”si təxirə salındı - Skafandra görə

Qadınların tarixi “kosmik gəzinti”si təxirə salındı - Skafandra görə NASA iki qadın astronavt – Enn Makkleyn və Kristina Koxun eyni vaxtda açıq kosmosa planlaşdırılan çıxışının təxirə salındığını elan edib. Buna səbəb “kosmik gəzinti” üçün lazımi skafandrın olmamasıdır.
NASA saytının yazdığına görə, Enn Makkleyn kosmosa ilk çıxışından sonra ona orta ölçülü skafandrın uyğun gəldiyini bildirib. NASA isə martın 29-na kimi həmin ölçüdə yalnız bir skafandr hazır edə biləcək. Həmin skafandrı isə Kristina Kox geyinəcək.
Xatırladaq ki, martın 29-da tarixdə ilk dəfə olaraq açıq kosmosa eyni anda iki qadının kosmonavtın çıxışı planlaşdırılırdı.

Tehsil-press.az

Oxşar xəbərlər