Amerikalı astronavt tələbələri karyeralarında uğurlu addım atmağa çağırıb

Amerikalı astronavt tələbələri karyeralarında uğurlu addım atmağa çağırıb NASA-nın qadın astronavtı, “Space Shuttle” ekipajının üzvü və donanma kapitanı Haydemari Payper dekabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
Əvvəlcə qonaq universitetin rektoru, professor Mustafa Babanlı ilə görüşüb. Amerikalı astronavtı ADNSU-da görməkdən məmnunluğunu bildirən M.Babanlı qonağa xatirə hədiyyəsi təqdim edib.
Sonra tələbələrlə keçirilən görüşdə H.Payperin gənclərin gələcək həyatlarında və karyeralarında uğurlu addımlar atmaları üçün ruhlandırıcı çıxışı maraqla qarşılanıb. Diqqətə çatdırılıb ki, insan qarşısına qoyduğu məqsədinə çatmaqda qətiyyətlidirsə onun üçün heç bir maneə olmamalıdır. Qadınlar üçün qoyulmuş kəskin məhdudiyyətləri və stereotipləri aşmaq heç də çətin deyil.
H.Payper NASA kosmonavtlarının uniformalarına məxsus şevronlarını ADNSU-nun muzeyinə hədiyyə edib.
Sonda astronavtın həyatından və açıq kosmosa səyahətindən bəhs edən fotolar nümayiş olunub.

Hikmət Əliyev


Amerikalı astronavt tələbələri karyeralarında uğurlu addım atmağa çağırıbAmerikalı astronavt tələbələri karyeralarında uğurlu addım atmağa çağırıbAmerikalı astronavt tələbələri karyeralarında uğurlu addım atmağa çağırıbAmerikalı astronavt tələbələri karyeralarında uğurlu addım atmağa çağırıb

Oxşar xəbərlər