Amerikalıların yarısı avtomatik idarəolunan avtomobillərə etibar etmir

Amerikalıların yarısı avtomatik idarəolunan avtomobillərə etibar etmir Amerikalıların yarısı avtomatik idarəolunan avtomobillərə etibar etmirlər və onların üçdəiki hissəsi hesab edir ki, avtomobil sənayesinin bu texnoloji nailiyyəti təhlükəlidir.
Respondentlərin 63 faizi bu avtomobilləri bahalı qiymətə almaq istəmədiklərini, 41 faizi isə onlara adi nəqliyyat vasitələrindən 2 min dollar artıq verməyəcəklərini bildiriblər. Nəhəng avtomobil şirkətlərinin müştəriləri suallara cavablarında qeyd ediblər ki, sözügedən nəqliyyat vasitələrinin kütləvi satışına nail olmaq üçün, ilk növbədə, insanlarda onlara inamı gücləndirmək lazımdır. Ötən il “Uber” taksi şirkətinin istifadə etdiyi avtomatik idarəolunan avtomobil Arizona ştatında ölümə səbəb olub.
“Fontinalis Partners & Detroit Mobility Lab” firmasının həmtəsisçisi Kris Tomas bildirib ki, bu avtomobillər hələ müştərilər üçün rahat deyil və insanlar rahat idarə edəcəyi nəqliyyat vasitələri almağa üstünlük verirlər. Onun sözlərinə görə, texnoloji oyunlara bənzəyən avtomatik idarəetmə cihazları bir çoxları üçün anlaşılmazdır.
Avtomatik idarəolunan avtomobillərə sərmayə qoyan şirkətlər üçün insanlarda etibarın olmaması və bu səbəbdən müştərilərin azlığı böyük problemdir. Lakin ekspertlər əlavə edirlər ki, bu avtomobillərin dizaynı və idarəetmə sisteminin sadəliyi ildən-ilə təkmilləşir. Bundan başqa, avtomatik idarəolunan avtomobillərin istehsalçıları iki il müddətində bu nəqliyyat vasitələri üçün rahat yolların ayrılması məqsədilə ABŞ Konqresinə müvafiq qanunun qəbul olunması üçün müraciət edəcəklər.
İstehsalçı şirkətləri narahat edən daha bir amil yüksək təhlükəsizlik standartlarının təmin olunmasından sonra potensial müştərilərin yox olacağıdır. Cənubi Karolina Universitetinin hüquq üzrə professoru Volker Smit bildirib ki, hazırda bir çox müştərilər bu cür avtomobilləri almağa yox, onları kirayə götürməyə üstünlük verirlər. Onun sözlərinə görə, avtomobil istehsalçıları və startaplar onların daha münasib qiymətlərə təklif olunması üzərində düşünməlidir. Professor əlavə edib ki, bir qəza ilə bu nəqliyyat vasitələrinin təhlükəli olması barədə fikir yürütmək doğru deyil.

Tehsil-press.az

Oxşar xəbərlər