Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) professoru Nurəli Yusifbəyli və dosent Hüseynqulu Quliyevin “Elektrik sistemlərinin avtomatikası” dərsliyi çapdan çıxıb.
Dərslikdə enerji sistemində tətbiq olunan avtomatik idarəetmə və tənzimləmə qurğuları haqqında məlumat verilir. Kitabda sinxron maşınların təsirlənməsinin avtomatik tənzimlənməsi, onların paralel işə qoşulma üsul və avtomatikaları, avtomatik təkrarqoşma, ehtiyatın avtomatik qoşulması və digər məsələlərə nəzər salınıb.
Nəşrdə “Avtomatik idarəetmə nəzəriyyəsinin əsas anlayış və tərifləri”, “Energetikada riyazi modelləşdirmə” və digər mövzularda materiallar yer alıb.
Dərslik tələbə, tədqiqatçı və mütəxəssislər üçün nəzərdə tutulub.
Tehsil-press.az