
Bu barədə ölkənin təhsil naziri Qani Beysembayev mətbuat konfransında məlumat verib.
Nazir qeyd edib ki, artan tendensiyaya baxmayaraq, rus dilində tədris olunan siniflərin bağlanması planlaşdırılmır:
"Dərhal deyim ki, belə planlar yoxdur. Sinif seçimini valideyn edir. Lazımi dildə tədris olunan siniflər də bu seçim əsasında açılır", – deyə o vurğulayıb.
Beysembayevin sözlərinə görə, hazırda statistik göstəricilər valideynlərin daha çox qazax dilində təhsil verən sinifləri seçdiyini ortaya qoyur:
"Bu, təbii prosesdir və nəticədə belə siniflərin sayı artır. Dövlətin xüsusi olaraq sinif açmaq və ya bağlamaq proqramı yoxdur. Əsas məqsədimiz isə hər bir təhsil müəssisəsində yüksək keyfiyyətli təhsili təmin etməkdir", – deyə nazir bildirib.
Tehsil-press.az