Dünyada ilk dəfə 3D formatında ürək çap olunub

Dünyada ilk dəfə 3D formatında ürək çap olunub İsrailin Təl-Əviv Universitetinin mütəxəssisləri dünyada ilk dəfə insan hüceyrəsindən istifadə etməklə 3D formatında diri ürək çap ediblər.
Tehsil-press.az-ın məlumatına görə, “çap prosesi” zamanı onlarla diri ürək çap olunub.
Bu ürəklər funksionallığının tədqiq olunması üçün heyvanlara yerləşdiriləcək.
Qeyd olunur ki, 3D formatında çap olunmuş ürəklərin ölçüsü 2,5 santimetr təşkil edir ki, bu da dovşan ürəyinin ölçülərinə uyğundur.
Bir ürəyin çap olunması 3,5 saat davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər