Universitetin qarşısında meyit tapıldı

Universitetin qarşısında meyit tapıldı Bakıda naməlum kişi meyiti tapılıb. Aprelin 18-i saat 20 radələrində Mədəniyyət və İncəsənət Universitetinin qarşısındakı yeraltı piyada keçidinin girişində 55-60 yaşlarında kişi meyiti tapılıb.
Meyitin üzərində xəsarətlər aşkar olunmayıb. Yasamal rayon prokurorluğu əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, meyitin daxili müayinəsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib.

Tehsil-press.az

Oxşar xəbərlər