Azərbaycan və Belarusun təhsil nazirlikləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb

Azərbaycan və Belarusun təhsil nazirlikləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb Təhsil nazirinin müavini Firudin Qurbanov Belarusun Təhsil Nazirliyi və bu ölkənin aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə görüşüb.
Görüşdə iki ölkə arasında təhsil sahəsində əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə edilib.
Firudin Qurbanov ölkələrimiz və xalqlarımız arasındakı ümumi oxşarlığın əlaqələrimizin inkişafında mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də Azərbaycan və Belarus arasında əməkdaşlıq inkişaf etməkdədir. Azərbaycan və Belarus dilləri hər iki ölkənin universitetlərində qarşılıqlı şəkildə təbliğ olunur, iki dövlətin təhsil müəssisələri arasında əlaqələr genişlənir.
F.Qurbanov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar barədə qonaqlara məlumat verib və onların suallarını cavablandırıb.
Sonra Azərbaycan və Belarusun təhsil nazirlikləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb.
Görüşdə Belarus Respublikasının Təhsil Nazirliyinin məsul əməkdaşları, ali təhsil müəssisələrinin rektorları, prorektorları, bu ölkənin Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər