Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) 2017-ci ildə görülmüş işlərə dair hesabatlar dinlənilib.
Tədbirdə “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində Təhsil İdarəsi tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi və uğurların qazanılması məqsədilə həyata keçirilən işlərə dair qurumun informasiya təminatı, ümumi təhsil, inkişaf layihələri, məktəbdənkənar fəaliyyətin təşkili sektorları müdirlərinin və Təlimə Dəstək Mərkəzi direktorunun hesabatları dinlənilib.
Struktur bölmə rəhbərləri tədrisin təşkili, idarəetmə, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəbdənkənar fəaliyyətin təşkili, fənn metodbirləşmələrinin fəaliyyəti, layihələr və digər məsələlər barədə il ərzində həyata keçirilən işlərə dair hesabat məruzəsi ilə çıxış ediblər.
Görüşdə qarşıdan gələn yeni ildə təhsil sahəsində aparılacaq islahatlardan, həmçinin qarşıda duran vəzifələrin icrası istiqamətində görüləcək işlərdən də danışılıb. Məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetməsi məsələləri ətrafında müzakirələr aparılıb.
BŞTİ-nin müdiri M.Vəliyeva qarşıdan gələn yeni ilin daha uğurlu olacağına əminliyini bildirib. Təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən olduğunu xatırladıb. O, qarşıdakı vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini verib.
Kəmalə Rəhimli