Şri-Lankada eyni anda 6 yerdə partlayış törədildi - 160 ölü, 368 yaralı

Şri-Lankada eyni anda 6 yerdə partlayış törədildi - 160 ölü, 368 yaralı Şri-Lankanın paytaxtı Kolomboda 3 məktəb və 3 hoteldə eyni anda partlayış törədilib.
Teraktlar nəticəsində ümumilikdə 20 nəfər ölüb, 160 nəfər isə yaralanıb.
Məlumata görə, kilsədə insanlar Pasxa bayramını qeyd edirmiş.
***
“Röyters”in məlumatına görə, ölənlərin sayı 42-yə çatıb. Yaralı sayı isə 280 nəfərdir.
Ölənlər arasında başqa ölkələrin vətəndaşlarının da olduğu bildrilir.
Şri-Lanka hökuməti faciə ilə əlaqədar təcili iclas keçirəcək.
***
Şri-Lankanın "Newsfirst" kanalının yaydığı məlumata görə, teraktlar 3 şəhərdə törədilib. Ümumilikdə 160 nəfər ölüb, 368 nəfər isə yaralanıb.
Partlayış törədilən məkanlar:
Koçikade kilsəsi
Katuvapitiya kilsəsi
Battikaloa kilsəsi
“Şanqri” hotel
“Cinnamon Grand” hotel
“Kinqsböri” hotel
Şəhərlər üzrə ölü və yaralı sayı:
Kolombo - 40 ölü, 295 yaralı
Katuvapitiya - 93 ölü
Battikaloa - 27 ölü, 73 yaralı

Tehsil-press.az



Oxşar xəbərlər