Azərbaycanlı alimin “Sosial dövlət modelləri” kitabı çap olunub

Azərbaycanlı alimin “Sosial dövlət modelləri” kitabı çap olunub Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun elmşünaslıq və elmin sosial problemləri şöbəsinin aparıcı elmi işçisi, sosiologiya üzrə fəlsəfə doktoru Səadət Məmmədovanın “Sosial dövlət modelləri” kitabı çap olunub.
Müəllif monoqrafiyada sosial dövləti dövlət idarəçiliyində yeni mərhələ kimi əsaslandırır. Bununla yanaşı, sosial dövlətin idarəetmə prinsipləri, funksiyaları və mexanizmləri haqqında məlumat verir.
Səadət Məmmədova sosial dövlət subyektləri arasındakı münasibətlərin təməli kimi sosial məsuliyyət və sosial əməkdaşlıq məsələlərini, sosialyönümlü bazar iqtisadiyyatının inkişaf istiqamətlərini araşdırıb. Həmçinin dünyada baş verən böhranlar fonunda sosial dövlətdə yaranan böhranı və ondan çıxış yollarını təhlil edib.
Tədqiqat əsərində sosial dövlətin liberal modeli, kooperativ-konservativ sosial dövlət modeli, sosial dövlətin sosial demokratik modeli və bu modellərə uyğun olaraq, ABŞ, Böyük Britaniya, Yaponiya, Almaniya, İsveç dövlətlərinin inkişaf istiqamətləri təhlil edilib. Həmçinin sosial dövlətin Azərbaycan modelinin əsasları təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər