Siyasi elmlər üzrə fəlsəfə doktoru, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin “Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi” adlı monoqrafiyası çapdan çıxıb. APA-nın məlumatına görə, elmi redaktoru və “Ön söz”ün müəllifi prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov olan monoqrafiya 3 fəsildən ibarətdir.
“Söz azadlığına siyasi-hüquqi yanaşma” adlı I fəsildə azadlıq kateqoriyası sosial-mənəvi kriteriya və cəmiyyətin inkişaf səviyyəsi kimi nəzərdən keçirilir. Monoqrafiyanın “Söz və mətbuat azadlığı demokratik inkişafın göstəricisi kimi” adlı II fəslində mətbuatda fəaliyyət azadlığı və sosial məsuliyyət faktoru, söz və mətbuat azadlığı sahəsində beynəlxalq hüququn norma və prinsipləri, eyni zamanda, qlobal internet şəbəkəsində ifadə azadlığına müasir baxışı əks etdirən müəllif araşdırması maraq doğurur.
“Azərbaycan mətbuatının inkişaf istiqamətləri: Yeni media erasına keçid” adlı III fəsildə isə nəzəri problemlərin təhlili fonunda Azərbaycan milli mətbuatının tarixi, təşəkkülü və inkişaf istiqamətləri araşdırılır, söz azadlığı və müstəqil mətbuatın inkişafında Heydər Əliyevin rolundan, prezident İlham Əliyevin fəaliyyətindən geniş bəhs edilir və mətbuatın azad fəaliyyətində siyasi-hüquqi təminat məsələsi elmi-siyasi baxımdan nəzərdən keçirilir.
Tehsil-press.az