"Sərhədlərin fövqündə" sənədli filminin təqdimat mərasimi keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Gənclər Fondunun XI qrant müsabiqəsinin “C” (fiziki şəxslərin layihələri) kateqoriyası üzrə həyata keçirilmiş ucqar kənddə çalışan gəncdən bəhs edən "Sərhədlərin fövqündə" sənədli filminin təqdimat mərasimi keçirilib.
Gənclər Fondunun maliyyə dəstəyi, Quba rayon Təhsil şöbəsinin dəstəyi ilə ərsəyə gələn sənədli filmdə Qubanın V.Məmmədsalahov adına Cimi kənd tam orta məktəbində Rus dili müəllimi kimi çalışan Ağaəmi İslamovun Bakıdan gedərək ucqar kənddə çalışması, kənd həyatı, müəllimlik fəaliyyətində gördüyü işlər, qarşılaşdığı çətinliklər, buna baxmayaraq verdiyi qərarlar və digər məqamlardan bəhs olunub. Sənədli film Qubanın Cimi kəndi və kənd orta məktəbində lentə alınıb. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Ayşad Səfərəliyev, ikinci rejissoru Orxan Kərimlidir. Filmin müddəti 60 dəqiqədir.
Tədbirdə layihə rəhbəri Xədicə Əliyeva layihənin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirildiyini diqqətə çatdırıb. Layihə haqqında məlumat verən X.Əliyeva çəkiliş prosesi və məqsədi haqqında məlumat verib. Layihə rəhbəri sənədli filmin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Tədbirdə rejissor Məzahir Həşimov, “Gənclərin töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, Ağcabədi rayonu.Laçın obaları Mişni kənd tam orta məktəbinin müəllimi Gülnar İsmayıl layihənin həyata keçirilmə məqsədini yüksək qiymətləndiriblər, film haqqında müsbət fikirlərini bildiriblər, tələbələri ucqar kənd məktəblərində çalışmağa səsləyiblər.
Tədbirdə, həmçinin rejissor Amil Məmiyev, Quba rayon R.Kəlbiyev adına Xınalıq kənd internat tam orta məktəbinin müəllimləri Anar Azəri, Sevinc Zakirzadə, Səltənət Yusibova, İsmayıllı rayonu Xankəndi kənd tam orta məktəbinin müəllimi Nigar Həsənli, İsmayıllı rayonu İstisu kəndi tam orta məktəbinin müəllimi Şahid Muradlı, həmçinin ADU-nun Filologiya və jurnalistika fakültəsinin tələbələri iştirak edib.

ADU-nun Mətbuat Xidməti


"Sərhədlərin fövqündə" sənədli filminin təqdimat mərasimi keçirilib"Sərhədlərin fövqündə" sənədli filminin təqdimat mərasimi keçirilib"Sərhədlərin fövqündə" sənədli filminin təqdimat mərasimi keçirilib

Oxşar xəbərlər