Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “Azərbaycanfilm”in istehsal etdiyi “Yarımçıq xatirələr” bədii filminin yaradıcı heyəti ilə görüş keçirilib.
Fonddan tehsil-press.az-a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gələn filmin çəkilişləri Azərbaycanda və Belarusda aparılıb. Film 1941-ci ildə Brest qalası uğrunda döyüşmüş və 50 ildən sonra doğma Dağlıq Qarabağın erməni işğalçılarından müdafiəsinə qalxmış bir döyüşçünün taleyindən bəhs edir. Ekran əsərinin ssenari müəllifləri Konstantin Vorobyov və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, səs operatoru Tariyel Həsənzadə, quruluşçu rəssamı Rafiq Nəsirov və Vadim Şafranski, bəstəkarı Polad Bülbüloğlu, redaktoru Ramiz Rövşən, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşviq Hətəmovdur.
Filmdə Bəhruz Vaqifoğlu, Mixail Kaminski, Georgi Saava, Gülnaz Qurbanova, Andrey Milyuxin, Zurab Nicaradze, Veronika Plyaşkeviç, Aleksandr Pavlov, İvan Matskeviç, Kərim Pokaçakov, Rza Rzayev, Qurban İsmayılov, Rövşən Ağayev, Anatoli Quryev, Otar Mikeladze, Faiq Məmmədov, Cavanşir Hadıyev və başqaları çəkiliblər.
Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində təşkil edilən tədbirdə “Yarımçıq xatirələr” filminin nümayişindən sonra müzakirəsi keçirilib. Filmin yaradıcı heyəti gənclərin suallarını cavablandırıb.
Görüşdə Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, aparat rəhbəri İsaxan Vəliyev, filmin rejissoru Elxan Cəfərov, “ASAN xidmət”in könüllüləri, sağlamlıq imkanları məhdud gənclər və tələbələr iştirak ediblər.
Tehsil-press.az