Hindistana səfər etmək istəyənlərə XƏBƏRDARLIQ olundu - "Donuz qripi" var

Hindistana səfər etmək istəyənlərə XƏBƏRDARLIQ olundu - Rusiyanın Səhiyyə İdarəsi Hindistanda "donuz qripi"nin yayılması ilə əlaqədar vətəndaşlarına xəbərdarlıq edib. Rusiya Hindistana səfər etmək istəyən vətəndaşlarını mütləq şəkildə peyvənd olunmağa çağırıb.
Qeyd edək ki, 2019-cu ilin yanvarından Hindistanın ayrı-ayrı ştatlarında insanların A/H1N1 - "donuz qripi" virusuna yoluxma halları artıb.
Hindistan Səhiyyə Nazirliyi daha təhlükəli vəziyyətin mərkəzi ştat olan Maxaraştrada qeydə alındığını bildirib. Belə ki, bu ştatda bu ilin bir neçə ayı ərzində 1300 А/H1N1 virusuna yoluxma halı qeydə alınıb. "Donuz qripi"nə yoluxanlardan 10-u dünyasını dəyişib.

Tehsil-press.az

Oxşar xəbərlər