Gürcüstanda daha bir nəfər “donuz qripi”ndən öldü - Nazirlik açıqladı

Gürcüstanda daha bir nəfər “donuz qripi”ndən öldü - Nazirlik açıqladı Gürcüstanda H1N1 və ya “donuz qripi” virusundan daha bir ölüm faktı qeydə alınıb.
Bu barədə Gürcüstanın Səhiyyə naziri David Serqeenko jurnalistlərə açıqlama verib. Bədbəxt hadisə Kutaisi şəhərində baş verib. Virusa yoluxan qadın doğumdan sonra dünyasını dəyişib. Körpənin vəziyyəti isə yaxşıdır.
Qeyd edək ki, virusdan ilk ölüm halı ötən gün Batumi şəhərində qeydə alınıb.
Nazir bildirib ki, virusun ilkin simptomlarına yaxalanan hər kəs dərhal həkimə müraciət etsin. Onun sözlərinə görə, ölənlərin hər ikisi yüksək risk qrupunda olublar. Bu qrupa hamilə qadınlar, iki yaşına qədər olan uşaqlar, astma və ağciyərin xroniki xəstəliklərindən əziyyət çəkənlər daxildirlər.

Tehsil-press.az



Oxşar xəbərlər