Rusiyada qar uçqunu 7 nəfəri öldürdü

Rusiyada qar uçqunu 7 nəfəri öldürdü Rusiya Federasiyasının Altay Respublikasında Cənubi-Çuysk dağ silsiləsində mayın 6-sı qar uçqunu baş verib.
Qar uçqunu nəticəsində 7 turist həlak olub, 2 turist isə sağ qala bilib.
Sağ qalan turistlər yalnız bu gün Koş-Ağac kəndinə çata biliblər.
Bildirilir ki, hadisə haqqında turistlər əlaqənin olmaması səbəbindən daha əvvəl xəbər verə bilməyiblər. Hadisə yerinə helikopter cəlb edilib.

Tehsil-press.az

Oxşar xəbərlər