Birmənalı şəkildə demək olar ki, ümummilli lider Heydər Əliyev Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlər göstərib. Onun xidmətləri tarixin yaddaşına qızıl hərflərlə yazılıb.
Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
B.Muradova bildirib ki, heç şübhəsiz, qətiyyətlə demək olar ki, Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük dühalardan biridir:
“O, öz fəaliyyəti ilə təkcə böyük şəxsiyyət olduğunu nümayiş etdirməyib, həm də malik olduğu qətiyyət və siyasi iradə sayəsində mənsub olduğu xalq və qurduğu dövləti dünya miqyasında tanıda bilib. Ona görə də hesab edirəm ki, Azərbaycan xalqı yaşadıqca onun şüuru, təfəkkürü və yaddaşında ulu öndərin özünəməxsus yeri olacaq. Onun xidmətləri zaman-zaman müzakirə predmeti, araşdırma və tədqiqat obyekti olacaq. Gələcək nəsillər, o cümlədən Heydər Əliyev irsinə müraciət edən şəxslər bu irsin zəngin çalarlarını və bütün tərəflərini üzə çıxarmaqla yanaşı, bu şəxsiyyətin zəngin irsindən bəhrələnəcəklər. Ən nəhayət, ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri hər zaman minnətdarlıqla xatırlanacaq”.
Vitse-spiker vurğulayıb ki, Azərbaycan Sovet İttifaqının tərkibinə daxil olanda birliyin suveren hüquqa malik müttəfiq respublikası olsa da, tam müstəqillikdən danışmaq qeyri-mümkün idi:
“Buna baxmayaraq, ulu öndər sovet dövründə Azərbaycanın birinci şəxsi olanda atdığı bəzi addımlarla məhdud çərçivədəki hüquqlardan maksimum yararlanmaq şansını əldən vermədi, hətta bu yöndə müəyyən dərəcədə uğurlar əldə etdi. Məsələn, Azərbaycan dilinin Azərbaycanın 1978-ci il Konstitusiyasında dövlət dili kimi rəsmiləşdirilməsi, təhsil və elm sahəsində ana dilimizdə nəşrlərin sayının artması bunlara misal ola bilər.
Digər tərəfdən, ittifaq imkanlarının bütün parametrləri ilə respublikanın inkişafına yönəldilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, onun rəhbərlik etdiyi dövrdə Azərbaycan inkişaf etmiş sənaye potensialına malik respublikaya çevrildi. Bu zaman ittifaqın tələblərini yerinə yetirməklə yanaşı, ittifaqa göndərilən məhsulların çox hissəsinin Azərbaycana investisiya və maliyyə qismində geri qaytarılması, ayrı-ayrı sənaye sahələrinin yaradılması vasitəsilə xalqın bütün potensialını inkişafa yönəltməklə genişmiqyaslı tərəqqinin təməli atıldı.
Həmin dövrdə o vaxta qədər Azərbaycanda mövcud olmayan və çatışmayan kadrların yetişdirilməsi, bir çoxlarının ittifaq təhsil müəssisələrinə göndərilməsi gələcəyə hesablanmış addımlar idi. Eyni zamanda hərbi sahədə kadrların yetişdirilməsi üçün ulu öndər böyük işlər görüb. Bakıda C.Naxçıvanski adına hərbi məktəbin yaradılması, ittifaqın hərbi kadrlar hazırlayan ali məktəblərinə azərbaycanlıların göndərilməsi də məhz həmin uzaqgörən siyasətin nəticəsi idi. Zaman da göstərdi ki, həmin hərbi kadr potensialı olmasaydı, Qarabağ uğrunda gedən müharibədə Azərbaycan qoşunlara rəhbərlik etməyə zabit və komandirlər tapa bilməzdi. Ona görə də bu addımları birmənalı şəkildə müstəqilliyin bünövrəsi hesab etmək olar.
Digər bir məqam o idi ki, Azərbaycanda hakimiyyətinin birinci dövründə Heydər Əliyev mərkəzdən olan təzyiq və maneələrə baxmayaraq, xalqın yetişdirdiyi milli təfəkkürlü elm, təhsil və mədəniyyət xadimlərini, o cümlədən ziyalıları qoruyurdu. Bu da sübut edir ki, o təkcə Azərbaycanın sərvətlərinin, iqtisadiyyatının inkişafına deyil, xalqın yetişdirdiyi ziyalılara da diqqət və qayğı göstərirdi. Məhz həmin ziyalılar da 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində mərkəzdənqaçma meyllərinin gücləndiyi vaxtda Azərbaycanda yeni ictimai-siyasi təfəkkürün formalaşmasında, ictimai şüurda dəyişikliyin yaranmasında iştirak edən potensiala çevrildilər.
Təbii ki, həmin potensial olmasaydı, ermənilərin separatizm meyllərinə qarşı xalqın kütləvi müqavimətini təşkil etmək mümkün olmazdı. Yəni xalqın milli özünüdərkinin oyanmasında məhz Heydər Əliyevin Azərbaycanda birinci hakimiyyəti dövründə yürütdüyü siyasət dayanırdı. Sonradan bu özünüdərk ümummilli liderin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtması və müstəqil dövlət qurmaq imkanı, bu yöndə məqsədlərin reallaşması üçün istifadə edildi”.
B.Muradova vurğulayıb ki, ulu öndərin hakimiyyətə yenidən qayıdışından dərhal sonra qanunvericilik sahəsində islahatlar aparıldı, müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi, ilk parlament seçkiləri keçirildi, gənclər siyasəti, mədəniyyət, idmanın inkişafı sahəsində addımlar atıldı:
“Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini xilas etməklə yanaşı, ölkəmizdə yaşayan bütün xalqların və millətlərin hüquqlarının təminatçısı olduğunu sübuta yetirdi. Bununla da əsl vətəndaş cəmiyyətinin qurulmasına zəmin yaratdı. O, həmçinin xaricdə Azərbaycan diasporunun formalaşdırılmasına, dünya azərbaycanlılarının vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsinə nail oldu.
Azərbaycan müstəqillik tarixinin Heydər Əliyevin hakimiyyətinə təsadüf edən həmin 10 illik dövrü ulu öndərin Azərbaycan xalqını ağır vəziyyətdən çıxararaq uğura qovuşdurması, müstəqilliyin dönməzliyinin, əbədiliyinin təmin olunması ilə yadda qalır.
Ümummilli liderin hakimiyyəti dövründə Azərbaycan Respublikası beynəlxalq təşkilatların bərabərhüquqlu üzvünə çevrildi. Azərbaycanın daha uğurlu beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı kimi çıxış etməsi, bəzilərinin həyata keçirilməsi və digərlərinin də əsasının qoyulması ulu öndərin adı ilə bağlıdır. Azərbaycan nəinki öz təbii ehtiyatlarının, digər dövlətlərin də enerji ehtiyatlarının ölkəmizdən keçməklə dünya bazarına çıxaracaq beynəlxalq əhəmiyyətli layihələrə imza atdı. Yeni neft və qaz yataqlarının işlənməsi üçün xarici dövlətlərin nüfuzlu şirkətləri ilə müqavilələr imzaladı. “Əsrin müqaviləsi” sazişinin imzalanması ilə dünyanın aparıcı dövlətlərinin nüfuzlu şirkətlərinin iştirak etdiyi konsorsiumların yaranmasına nail oldu. Azərbaycan daha genişmiqyaslı tərəfdaşlar əldə etmək dövrünə qədəm qoydu. Ölkəmiz 1992-ci ildən BMT-yə, ATƏT-ə və bir çox beynəlxalq təşkilatlara üzv olmuşdu. Avropa Şurası başda olmaqla, digər nüfuzlu beynəlxalq təşkilatlara üzvlük nəticəsində isə Azərbaycan insan hüquq və azadlıqlarının qorunduğu bir məkanın bərabərhüquqlu iştirakçısına çevrildi. Bu vəzifənin hansı çətin və məsuliyyətli bir dövrdə yerinə yetirilməsi haqqında məlumatları bugünkü və gələcək nəslə çatdırmalıyıq ki, müstəqilliyin nəyin bahasına qorunub saxlandığını dərk etsin və unutmasınlar”.
Tehsil-press.az