AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbirdə çıxış edən bu elm müəssisəsinin direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının həyatında oynadığı müstəsna roldan danışıb. O, Ümummilli Liderin tariximizə böyük qurucu şəxsiyyət kimi düşdüyünü qeyd edib. “Ulu öndər Heydər Əliyev həm sovet dövründə respublikamıza rəhbərliyi zamanı, həm də müstəqillik illərində ölkə Prezidenti kimi Azərbaycan xalqı üçün misilsiz işlər görüb. Müstəqil Azərbaycanın rəhbərliyinə xalqın tələbi ilə respublikanın ən çətin vaxtında gələn Heydər Əliyev qısa müddətdə ictimai asayişin bərpasına nail olaraq, insanlarda gələcəyə böyük inam yaratdı. Ümummilli Liderimiz ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoydu”.
G.Baxşəliyeva dahi şəxsiyyət Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyib, onun əziz və işıqlı xatirəsinin qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayıb.
Tədbirdə institutun şöbə müdirləri Vilayət Cəfər, Esmeralda Həsənova və Səməd Bayramzadə ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda misilsiz xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, elmin inkişafında da Ulu Öndərin xidmətləri heç zaman unudulmayacaq.
Tehsil-press.az