Ümummilli lider Heydər Əliyev xalqımızın tarixinə böyük qurucu şəxsiyyət və xilaskar kimi düşüb

Ümummilli lider Heydər Əliyev xalqımızın tarixinə böyük qurucu şəxsiyyət və xilaskar kimi düşüb Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin və xalqımızın tarixində müstəsna rolu olan şəxsiyyətdir. Azərbaycan tarixinin 40 ili Ümummilli Liderin adı ilə bağlıdır. Ümummilli Lider xalqımızın tarixinə gördüyü misilsiz işlərlə böyük qurucu şəxsiyyət və xilaskar kimi düşüb. Dahi şəxsiyyət Heydər Əliyev həm keçmiş sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan dövləti və xalqı qarşısında əvəzolunmaz xidmətlər göstərib.
Bunu dekabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan tədbirdə Milli Məclisin deputatı, bu elmi müəssisənin direktoru, akademik Gövhər Baxşəliyeva söyləyib. G.Baxşəliyeva müasir Azərbaycanın banisi və qurucusu ulu öndər Heydər Əliyevin xalqımızın tarixi inkişafındakı müstəsna xidmətlərindən söz açıb. Bildirilib ki, respublikanın ən çətin vaxtında xalqın tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev qısa müddətdə ölkədə ictimai asayişin bərpasına nail olub.
İnstitutun direktoru dahi rəhbərin xalqda gələcəyə böyük inam yaratdığını, qısa zamanda ölkəmizdə yüksək iqtisadi inkişafın əsasını qoyduğunu, Azərbaycanı regionda lider dövlətə çevirdiyini qeyd edib.
G.Baxşəliyeva Ümummilli Liderin ölkəmizdə bütün sahələrə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyib, Ulu Öndərin AMEA-da ziyalılarla görüşünü xatırladıb.
Akademik G.Baxşəliyeva hazırda Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini söyləyib. Azərbaycanda həyata keçirilən nəhəng quruculuq işlərinin, gündən-günə güclənən iqtisadiyyatımızın, sürətlə abadlaşan, inkişaf edən şəhər və rayonlarımızın, mədəniyyətə, elmə, səhiyyəyə göstərilən əvəzsiz qayğının bunun əyani təsdiqi olduğunu bildirib.
Sonra institutun ərəb filologiyası şöbəsinin müdiri Vilayət Cəfər, din və ictimai fikir tarixi şöbəsinin müdiri Esmeralda Həsənova və digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin xalqımızın həyatında və elmimizin inkişafında müstəsna xidmətlərindən söz açıblar.

Kəmalə Rəhimli


Ümummilli lider Heydər Əliyev xalqımızın tarixinə böyük qurucu şəxsiyyət və xilaskar kimi düşüb

Oxşar xəbərlər