Ölkədə dərsliklərə qoyulan tələblər
Kuzey Kıbrıs təhsil müəssisələrinin dərsliklər və dərs vəsaitləri ilə təmin olunması məsələləri ilə Təhsil nazirliyinin tabeçiliyində fəaliyyət göstərən xüsusi qurum məşğul olur. Təhsil nazirliyi tərəfindən təsdiq olunan dərsliklər bütün təhsil ocaqlarında istifadə edilir. Lakin özəl orta məktəblərin özlərinəməxsus dərs vəsaitləri və tədris proqramları da mövcuddur. Amma bu proqramlar və vəsaitlər Təhsil nazirliyi tərəfindən qoyulan tələblərə və dərs proqramına uyğun qurulmalıdır. Elə mövzular var ki, bütün məktəblərdə eyni tədris olunur. Bu mövzular əsasən Türkiyənin tarixi, Atatürklə bağlı olan mövzulardır. Hansı ki, bu mövzular dəyişmir.
Kuzey Kıbrıs məktəblərində şagirdlərin gündəlik nailiyyətləri necə qiymətləndirilir?
Kuzey Kıbrısın orta məktəblərində şagird nailiyyətlərinin qiymətləndirilməsi ildə iki dəfə aparılır. 10 ballıq qiymətləndirmə şkalasından istifadə olunur. Şagirdin növbəti sinfə keçməsi üçün ən azı “5” bal toplaması vacibdir. Müəllimlər şagirdləri qiymətləndirmək üçün “Not” dəftərindən istifadə edirlər. Şagirdin gündəlik davranışı, nailiyyəti not dəftərinə yazılır. Kuzey Kıbrısın məktəblərində sinif jurnalı olmur. Hər bir sinifin “Yönətim kurulu” adlandırılan qurumu var. Sinifdə dərs aparan müəllimlər bu quruma daxildirlər. Sinif rəhbəri sinifə dərs keçən müəllimlərlə zaman-zaman bir araya gələrək, uşaqların ümumi nəticələrini, sinfin ab-havasını müzakirə edir, şagirdlərin psixoloji durumu, onların əldə etdikləri nailiyyətlər təhlil olunur. Məsələ burasındadır ki, Azərbaycandan fərqli olaraq Kuzey Kıbrısın məktəblərinin hər birinə vahid formada qiymətləndirmə tələbi qoyulmur. Qiymətləndirmə müəllimlərin öz öhdəsinə buraxlır. O, yarımillik, illik müşahidələrinə, şagirdin bilik və bacarıqlarına rəğmən qiymətləndirmə aparır. Məsələn, riyaziyyat müəllimi il ərzində şagirdin bütün fəaliyyətini “Not” dəftərinə qeyd edir. İlin sonunda müəllim şagirdin bütün fəaliyyətini nəzərə alaraq onun üçün qiymət çıxarır. Kuzey Kıbrısın orta məktəblərində sinif rəhbərinə böyük önəm verilir. Müəllimlərin dərsə davamiyyəti, dərsi hansı səviyyədə keçməsi, valideynlərin məktəblə əlaqəsi sinif rəhbərinin nəzarətində olur. Şagirdlərin sinifdə davranışları, onların mənəvi, psixoloji durumu da sinif rəhbərinin daimi diqqətində saxlanılır və o, bunları nizamlamaq üçün siniflə iş proqramına malik olur. Sinif rəhbəri, ümumiyyətlə, məktəbin idarə olunmasında da söz sahibidir. Şagird nailiyyətlərinin qiymətləndirilməsində də sinif rəhbərinin fikri önəm daşıyır.
Kuzey Kıbrısın məktəblərində standartlar necə tətbiq olunur?
Kuzey Kıbrıs məktəblərində başlıca olaraq şagirdin mövzunu necə qavramasına diqqət yetrilir. Əzbərçilik deyil, qavramaya, məntiqi təfəkkürün inkişafına, bilik və bacarıqların əldə olunmasına üstünlük verilir. Şagirdin mövzu barəsində təhlil aparmasına, müstəqil olaraq fikir bildirməsinə, düşüncələrini yazılı olaraq ifadə etməsinə önəm verilir. Yazılı tələb test tapşırıqlarından öndə dayanır. Yekun qiymətləndirmədə də şagirdin yazı bacarıqlarının necəliyi əhəmiyyət daşıyır. Mühüm əhəmiyyət daşıyan məqamlardan biri də ödəvdir (ev tapşırığıdır). Ev tapşırıqları şagirdin yaradıcılıq imkanlarını üzə çıxarmaq baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdin hazırladığı ev tapşırığı onun sinifdəki fəaliyyətini əks etdirən qovluqda saxlanır. Müəllimlər şagirdin hazırladığı ev tapşırıqlarına əsasən onun bilik və bacarıqlarının inkişaf dinamikasını nəzarətdə saxlaya, onun irəliləyişini nizamlaya, ona dəstək vermək imkanına malik olurlar. Ev tapşırıqları verilərkən qoyulan tələblər şagirdləri tədqiqatçılığa, məsuliyyətə sövq edir. Müəllim dərs ilinin sonunda qiymətləndirmə apararkən ev tapşırıqlarının hazırlanması səviyyəsini də mütləq olaraq nəzərə alır.
Kuzey Kıbrısın orta təhsil müəssisələrində müxtəlif bilik müsabiqələrinin, olimpiadaların müntəzəm olaraq keçirilməsinə önəm verilir. Bu tipli tədbirlərin keçirilməsi bir neçə cəhətdən əhəmiyyətlidir. Birincisi odur ki, orta məktəblərdə istedadlı şagirdlər aşkara çıxarılır, onların ictimai fəallığı təmin edilir, elm öyrənməyə maraq artır. İkincisi isə bu kimi yarışlarda qalib olan şagirdlər özlərinə universitet seçimində çətinlik çəkmirlər. Universitetlər orta təhsili müvəffəqiyyətlə başa vurmuş abituriyentlərin onları seçməsində maraqlıdırlar.
Kuzey Kıbrısda orta təhsil sistemi ali təhsil sahəsində olduğu kimi, Avropa təhsili ilə ayaqlaşmaqdadır. Şagirdlərin orta məktəbdə Böyük Britaniya təhsil sistemində təhsil almaları onların İGCSE və AS/A, SATs, TOEFL proqramlarının tələblərini ödəmələrinə imkan yaradır. Bu da öz növbəsində nüfuzlu ali təhsil ocaqlarında təhsil almaq üçün əsasdır. Alsancakdakı Kuzey Kıbrıs Britaniya Akademiyası, Girnə ingilis məktəbi, Girnə Amerikan Universiteti (GAU) nəzdində ibtidai məktəb, eləcə də GAU nəzdində Amerikan Kolleci, Doğa kolleci, Lefkoşa Levent Kolleci nüfuzlu təhsil ocaqları kimi xarakterizə olunur. Məktəblərlə tanışlıq zamanı diqqətimi cəlb edən məqamlardan biri də istedadlı şagirdlərə xüsusi diqqətin ayrılması idi. Məktəb rəhbərliyinin onlar üçün təşkil etdikləri əlavə tədris proqramı istedadlı şagirdlərin qarşısında yeni-yeni üfüqlər açır.
Ev tapşırıqları necə verilir?
Quzey Kıbrısın məktəblərində şagirdlərə ev tapşırıqlarının verilməsi də spesifik xüsusiyyətləri ilə seçilir. Hər bir məktəbin özünün ev tapşırığı proqramı var. Sinif rəhbəri bu baxımdan da diqqət mərkəzində dayanır. Məsələn, Girnə Amerikan Universitetinin orta məktəblərində müəllimlər sinif rəhbərinin iştirakı ilə ev tapşırığı proqramı hazırlayırlar. Müəllimlər ev tapşırığını növbəlilik prinsipi ilə verirlər. Bu kimi məsələlər də məktəb idarəçilərinin öhdəsinə buraxılır. Quzey Kıbrısda Təhsil nazirliyi məktəblərin ilin sonunda hansı nəticələri əldə etdikləri ilə maraqlanır. Dərs ili boyunca, pedaqoji prosesə, müəllim və şagirdlərin psixoloji, mənəvi durumuna mənfi təsir edər deyə yoxlamalar aparılmır. Yuxarı orqanları şagirdlərin əldə etdiyi nəticələr maraqlandırır. Bu nəticələr əsasında məktəbin və müəllimin fəaliyyəti qiymətləndirilir. Nailiyyətlər əsas etibarilə şagirdlərin müxtəlif müsabiqələrdə, bilik yarışlarında, olimpiadalarda, müəllim və şagirdlərin məktəbin, şəhərin ictimai işlərində iştirakı, nəhayət ali məktəblərə qəbulda əldə etdiyi uğurlarla ölçülür.
Məktəblərdə tərbiyə işi
Kuzey Kıbrısın orta ümumtəhsil məktəblərində şagirdlərlə aparılan tərbiyə işinə xüsusi önəm verilir. Ümumiyyətlə, məktəblərdə təlim və tərbiyə işi Təhsil nazirliyinin aidiyyəti qurumu olan Təlim-Tərbiyə Şurası tərəfindən nizamlanır. Vətəndaşın, şəxsiyyətin mənəvi tərbiyəsinə xüsusi önəm verilir. Vətən, millət sevgisi, adət-ənənələrə, milli-mənəvi dəyərlərə, tarixinə hörmət, şərəf, ləyaqət, mənəviyyat tərbiyəsi, bəşəriyyət, insanlıq qarşısında məsuliyyət hissi uşaq yaşlarından aşılanır. Bütün bunlar Kuzey Kıbrısda yaşayan, təhsil alan digər millətlərin də nümayəndələrinə aiddir. Əgər bu ölkədə yaşayırsansa, bu dövlətin adət-ənənələrini, qayda-qanunlarını, tarixini öyrənməli, ona hörmətlə yanaşmalısan.
Kuzey Kıbrısın məktəblərində təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində önəm verilən məsələlərdən biri də şagird-məktəb-ailə münasibətləridir. Bütün siniflərdə valideyin komitələri fəaliyyət göstərir və bu əlaqələr yuxarı siniflərdə daha intensiv xarakter daşıyır. Kuzey Kıbrısda belə hesab edirlər ki, məktəb valideynlə birlikdə bütövləşir və şagirdin hərtərəfli inkişafı üçün zəmin yaranır. Valideynlər cəmiyyətdə müəllim nüfuzunun yüksəlməsində də əhəmiyyətli rol oynayırlar.
Müəllimlərin və direktorların işə qəbulu necə aparılır?
Kuzey Kıbrısın orta ümumtəhsil məktəblərinə müəllimlərin qəbulu imtahan vasitəsilə həyata keçirilir. Ölkə üzrə təşkil olunan bu imtahanlarda müəllimlərin metodiki-pedaqoji hazırlıqları ilə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının tədris prosesinə tətbiqi bacarıqları da yoxlanılır. İmtahandan lazımi nəticəni əldə edən müəllim pedaqoji fəaliyyəti dövründə bir daha sınağa çəkilmir. Bununla yanaşı, məktəb direktoru özü də müstəqil olaraq məktəbdəki ehtiyacı, eləcə də müəllimin bilik və bacarığını nəzərə alaraq sınaqdan keçmədən müəllimin işə qəbul olunması haqqında qərar qəbul edə bilər. Amma direktorun müəllimi sınaqdankənar işə qəbul etməsi üçün ciddi əsasları olmalıdır. Məsələn, əgər vakansiya elanına əsasən məktəbə müəllim gəlməyibsə, direktor özü işə müəllim qəbul edə bilər. Və yaxud müəllim elə bir pedaqoji, metodiki hazırlıq səviyyəsinə, səriştəyə malik ola bilər ki, direktor məktəbdə tədrisin keyfiyyətini yüksəltmək məqsədilə belə bir müəllimi imtahandankənar işə götürür. Ölkənin Təhsil naziri də yüksək hazırlıq səviyyəsinə malik olan müəllimi imtahandankənar işə qəbul edə bilər. Bunun üçün isə sonra Nazirlər kabineti qərar verməlidir. Maraqlıdır ki, müəllimin işə qəbulu məsələsində müstəsna qərar vermək hüququna məktəbin direktoru Təhsil naziri qədər səlahiyyətə malikdir.
Yeri gəlmişkən qeyd edim ki, məktəblərə direktor təyinatı pedaqoji kollektivin rəyi və münasibəti öyrənilərək Təhsil nazirliyi tərəfindən təyinat əsasında aparılır. Bu vəzifəyə pedaqoji təcrübəyə malik və kollektivdə nüfuzu olan müəllimlər təyin olunurlar. Direktor təyinatı üçün xüsusi imtahan və yaxud qiymətləndirmə modeli yoxdur. Ölkənin ümumtəhsil məktəbinin direktoru olduqca məsuliyyətli vəzifə hesab olunur və bu vəzifəni öhdəsinə götürmək müəllimdən təcrübə və biliklə yanaşı, böyük məsuliyyət də tələb edir. Odur ki, bu vəzifə daha təcrübəli, idarəçilik səriştəsi olan müəllimlərə həvalə edilir.
Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi işi necə təşkil olunur?
Müəllimlərin metodiki-pedaqoji cəhətdən təkmilləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi Təhsil nazirliyinin daim diqqət mərkəzindədir. Müəllimlər mütəmadi olaraq Təhsil nazirliyi tərəfindən keçirilən seminarlara, təlimlərə, elmi-təcrübi konfranslara cəlb edilirlər. Bu konfransları adətən yerli və xarici mütəxəssislər aparır, dünya təhsilində həyata keçirilən yenilklər, müasir elmi-metodiki, nəzəri, təcrübi, pedaqoji məsələlər barədə müəllimlərə məlumat verilir. Ölkədə fəaliyyət göstərən universitetlərin nəzdində də müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi işini həyata keçirən kurslar, mərkəzlər mövcuddur. Ölkədə müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi işi ödənişsiz əsaslarla aparılır. Onu da qeyd edim ki, Quzey Kıbrısda müəllimlərin peşəkarlıq səviyyəsi həm də şagirdlərinin əldə etdikləri nəticələrlə (ali məktəblərə qəbul, olimpiada və bilik yarışlarında, müsabiqələrdə əldə etdikləri qələbələr) ölçülür. Bəzi məktəblərdə müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi işini məktəbin pedaqoji kollektivi özü həyata keçirir. Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xidmət edən bu öyrətmə texnologiyasından
Azərbaycanın təhsil müəssisələrində də istifadə olunur. Pedaqoji kollektiv üzvlərinin əməkdaşlıq prinsipləri əsasında təcrübələrini bölüşməsi, birgə tədqiqatlar aparıb nəticələr meydana gətirməsi, qabaqcıl təcrübənin öyrənilib yayılması baxımından da əhəmiyyətlidir. Kuzey Kıbrısda müəllim şagird nisbəti 1:30 nisbətindədir.
Müəllimlər neçə yaşlarına qədər çalışırlar?
Kuzey Kıbrıs təhsilində təqaüd yaşı 60-dan başlayır. Qanunda göstərilir ki, ümumiyyətlə isə özəl və dövlət sektorunda 25 il işlədikdən sonra təqaüdə çıxa bilərsən. Ölkədə təqaüdə çıxmaq yaşa deyil, iş stajına bağlıdır. Təqaüd yaşın çatandan sonra həm işləyə, həm də təqaüd ala bilərsən. Bu, təbii ki, müəllimlərə də aiddir. İşləmək gücündə, həvəsində olan hər bir müəllim təqaüd yaşı çatandan sonra da özünün pedaqoji fəaliyyətini davam etdirir.

Böyükağa MİKAYILLI