Finlandiyada müəllimlərin ixtisasartırma kurslarına cəlb edilməsi haqqında bəzi qeydlər...
Finlandiyada pedaqoji işçilərin ixtisasartırmasını Milli Təhsil Şurası (The National Board of Education), Təhsil sahəsində peşəkar inkişafın milli mərkəzi (The National Centre for Professional Development in Education), Müəllim Təhsili şöbələri, Kredit sistemi üzrə Ali təhsil müəssisələrindəki digər fakültələr həyata keçirirlər. Ümumiyyətlə araşdırmalarımız göstərir ki, bu ölkədə müəllimlərin ixtisasartırmasına özlərinəməxsus yanaşma, metodologiya mövcuddur. İxtisasartırma təhsili ünvanlı, şəbəkəli, ümumi (korparativ) təhsil və xüsusi nümunəli təhsil formasında həyata keçirilir. İxtisasarırma təlimi 2-3, 3-5 gündən tutmuş 1 ayadək davam edir və bu müddət müəllimin dərs yükündən asılı olaraq dəyişir. Ölkədə ixtisasartırma sistemi elə qurulub ki, bu sistem müəllimlərin peşəkarlıqlarını yüksək səviyyədə artırmaq arzularını reallaşdırır. Müəllimlər ixtisasartırma zamanı başqa tip məktəblərdə də bir həftəlik kurslarda olmaq imkanına malikdirlər. Bu zaman onlar həmin məktəblərdə təhsil prosesinin təşkili və ya müəyyən aspektləri ilə tanış olurlar. Bu təlimlərdə müəllimlər gündəlik tutur, öyrəndiklərini, tanış olduğu yeni ideyaların qeydiyyatını aparır və onu gələcəkdə öz məktəbində müəllim yoldaşları ilə müzakirə edir. Bütün bunlar qabaqcıl təcrübənin, ideyanın yayılmasında əsas rol oynayır. Buradan belə bir nəticəyə gəlmək mümkündür ki, ixtisasartırma təhsili zamanı müəllimlər yalnız konkret proqram əsasında deyil, bir-birilərinin təcrübəsindən, bilik və bacarıqlarından da bəhrələnirlər.
Ümumiyyətlə, müəllimin digər məktəblərin təcrübəsini öyrənməsi onun öz istəyi ilə bağlıdır. Bunun üçün təhsil müəssisələrinin rəhbərləri arasında qarşılıqlı razılaşma əldə olunur və müəllimlər peşəkarlıq səviyyələrinin yüksəldilməsi məqsədilə təcrübə mübadiləsinə cəlb olunurlar.
Finlandiyada ali təhsil müəssisələri ilə ümumi təhsil müəssisələri arasında sıx əlaqələr yaradan müəllimlərin peşəkar inkişaf modeli tətbiq olunur. Bu modelin əsasında da qarşılıqlı əməkdaşlıq, iş birliyi dayanır: Belə ki, orta məktəb müəllimlərinin ali təhsil ocaqlarının müəllimlərinə təlim keçmələri təşkil edilir. Universitet müəllimləri də öz növbəsində müəllimlərə öz təcrübələrinə əsaslanan öyrənmə və tədris metodikasının müxtəlif aspektləri üzrə son tədqiqatlar barədə məlumat verirlər. Finlandiyanın təhsil idarəediciləri bununla nəyə nail olmaq istəyirlər? Bu metodun tətbiq olunmasının əsas məqsədi nədir? Fikrimcə, birincisi odur ki, ali və orta məktəb əlaqələri genişlənir, elm, təhsildə tətbiq olunan yeni texnologiyalar, yeni ideya və fikirlər məktəbə ayaq açır. İkincisi, ali məktəb orta məktəbin ehtiyaclarını daha dərindən öyrənmək imkanı qazanır. Üçüncüsü, ali məktəb pedaqoji kadr hazırlığı üçün mükəmməl təcrübə toplayır. Bu təcrübə pedaqoji kadr hazırlığında əlbəttə ki, nəzərə alınır.
Ölkədə müəllimlərin uzunmüddətli ixtisasartırma təlimlərinə qoşulma öhdəliyi ümumumiyyətlə yoxdur. Amma müəllimlər arzularına rəğmən ixtisasartırma kurslarında iştiraklarının müddətini artıra bilərlər. Bu da başadüşüləndir. Təhsil sferasındakı yeniliklər hər bir müəllimi öz üzərində işləməyə, ixtisasını təkmilləşdirməyə sövq edir.
Ölkədə müəllimlərin ixtisasarıtma təlimləri Federal dövlət, eləcə də bələdiyyə tərəfindən maliyyələşdirilir. Müəllimlər Universitet tərəfindən dinləyiciləri dəvət edir. Proqramım reallaşmasına da məhz Universitet cavabdehlik daşıyır. İxtisasartırma kurslarında məktəb rəhbərləri, rektorlar üçün də təlimlər keçirilir. Müəssisə rəhbərləri bu kurslara böyük həvəslə qoşulurlar. Hesab edilir ki, pedaqoji kadr hazırlığı ilə məşğul olanlar, eləcə də, pedaqoji heyətlə işləyən rəhbər işçilər müəllimlik peşəsinin incəliklərini öyrənməli və yenilikləri müntəzəm olaraq izləməlidirlər.
Finlandiyanın ali pedaqoji məktəblərində pedaqoji kadr hazırlığı yüksək səviyyəli hesab olunur və ölkənin ali məktəbləri qlobal reytinqlərdə kifayət qədər nüfuz sahibidirlər. Bu amillər də özlüyündə imkan verir ki, müəllimlik ixtisasını bitirmiş mütəxəssis işə qəbul imtahanı vermədən birbaşa pedaqoji fəaliyyətə başlayırlar. Ölkədə gənc müəllimlərin peşəkar inkişafı üçün də xüsusi proqram var və Avropa Komissiyası da bu istiqamətdə müəyyən çatışmazlıqları nəzərə alaraq ölkəyə öz təkliflərini ünvanlayıb.
Qeyd edim ki, Finlandiyada elə illər olur ki, müəllimlərin yalnız üçdə iki hissəsi ixtisasartırma təlimindən keçir. Amma bu göstərici ölkənin Təhsil nazirliyini qane etmir və bu rəqəmi yüksəltmək üçün müxtəlif yollar düşünülür. Bu yollardan biri də bələdiyyələr tərəfindən maliyyələşdirilən və tədrisdən ayrılmadan ixtisasartırma təlimlərinin keçirilməsidir. Maraqlı bir məqam kimi qeyd edim ki, Finlandiyanın Federal höküməti müəllimlərin və məktəb direktorlarının ixtisasartırmasına hər il 30 milyon dollar vəsait ayırır.
Ardı var.
www.rulit.me https://pandia.ru

Böyükağa MİKAYILLI
www.rulit.me https://pandia.ru