Avropa İttifaqı (Aİ) Azərbaycanın əsas ticarət tərəfdaşıdır.
Bunu Brüsseldə Şərq Tərəfdaşlığı (ŞT) Xarici İşlər nazirlərinin görüşündə çıxışı zamanı Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.
Nazir deyib ki, Aİ Azərbaycanın xarici ticarət dövriyyəsində, təxminən, 42 faizlik paya malikdir: "Həmçinin Aİ Azərbaycanda ən böyük investordur. Fəxrlə bildirirəm ki, ənənəvi birgə Aİ-Azərbaycan Biznes Forumu Aİ-nin müxtəlif sənaye və xidmət sektorundan çoxlu nümayəndələr cəlb edir. Növbəti biznes forum da 13 iyun 2019-cu il tarixində Bakıda keçiriləcək. İnanıram ki, bəzi və hətta, ola bilsin ki, çox sayda Aİ ölkələrindən olan şirkətlər Avropanın sənaye və biznes məqsədlərini Azərbaycan ilə birgə təmsil edəcəklər".
E.Məmmədyarov xatırladıb ki, 2017-ci il tarixində Brüsseldə keçirilmiş sonuncu Şərq Tərəfdaşlığı (ŞT) sammiti təklif etdi ki, ŞT çərçivəsində əməkdaşlıq regiondakı müxtəlif təhdidlərin real mülahizələrinə əsaslanmalıdır: "Diqqət Aİ ilə siyasi və ticarət əməkdaşlığının müxtəlif dərəcələrinə malik ölkələr üçün faydalara və potensial əlavə dəyərlərə yönəldilməlidir. Sonuncu sammit konkret məqsədlərə nail olmağı özündə əks etdirən “2020-ci il üçün 20 nəticə” adlı sənədi dəstəklədi. İnanırıq ki, tətbiq edildikdən sonra bu nəticələr regionumuza daha böyük dərəcədə davamlılıq, rifah, inkişaf və bağlılıq gətirmək imkanında olacaqlar. Lakin “2020-ci il üçün 20 nəticə” üzrə danışıqlar bərabər tərəfdaşlar arasındakı kimi baş tutmalıdır. Bu prosesin müvəffəqiyyəti nəzərəçarpacaq nəticələrdən asılı olacaq. Həmin məqsədlərdən bəziləri Azərbaycanın əsas sektorları üzrə strateji yol xəritələrinə uyğun gəlir".
Nazirin sözlərinə görAzərbaycanda dayanıqlı iqtisadi inkişafı və sosial-iqtisadi artımı təmin etmək məqsədilə institutisional və struktur islahatları davam etdirilir. Aparılmış islahatlar və təkmilləşdirilmiş biznes mühitinin nəticəsi olaraq, Azərbaycan Dünya Bankı tərəfindən dərc edilmiş sonuncu “Doing Business Report”a uyğun olaraq dünyada 25-ci yerdə qərarlaşmışdır. Həmçinin Davos Dünya İqtisadi Forumunun qiymətləndirmələrinə uyğun olaraq, artımın keyfiyyətinə görə 34-cü yeri tutur.
Azərbaycan Hökuməti vətəndaşlarının bütün insan hüquq və fundamental azadlıqlarından tam yararlanmasını təmin etmək üçün genişmiqyaslı proqramlar həyata keçirməkdə davam edir. Bu xüsusda, 2019-2023-cü illərdə ədliyyə sisteminin təkmilləşdirilməsinə dair əlavə qanunvericilik və struktur tədbirlərini nəzərdə tutan ədliyyənin inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramını qeyd etmək lazımdır.
Azərbaycan XİN rəhbəri qeyd edib ki, nəqliyyat sahəsində Trans-Avropa Şəbəkəsinin indikativ xəritələrinin Azərbaycana və sonra Asiyaya qədər genişləndirilməsi regional ticarət dəhlizlərinin birlikdə təşviq edilməsi üçün möhkəm zəmin yarada bilər:
"Əslində, liman və dəmir yolları administrasiyaları, habelə Gürcüstan, Ukrayna, Polşa, Rumıniya, Avstriya, Almaniyadan olan bəzi özəl logistika şirkətləri artıq Azərbaycanla birlikdə bu regional ticarət dəhlizlərində təmsil olunublar. Bu siyahı artmaqda davam edir. Avropada bir çoxları bu strateji ticarət sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Azərbaycan təqdim etdiyi fürsətləri və infrastrukturu qonşularla, eləcə də Asiya və Avropa ölkələri ilə bölüşür. Burada Şərq-Qərb, Şimal-Cənub və müəyyən sinergiya effekti də mümkündür, xüsusilə əgər biz Aİ-nin bəzi Asiya ölkələri ilə müxtəlif əməkdaşlıq strategiyalarını nəzərə alsaq. Açıq dənizə çıxışı olmayan ölkə olaraq, Azərbaycan öz quru sərhədlərindən kənara çıxıb geniş bölgə ərazisində daha böyük ticarət dinamikasının yaradılmasına çalışır. Beləliklə, yalnız bəzi misalları çəkərək deyə bilərəm ki, biz Niderland, Belçika, İtaliya, Rumınıyadan olan limanlarla etibarlı tərəfdaşlıq qurduq".
E.Məmmədyarov deyib ki, Trans-Adriatik Boru kəməri (TAP) isə inşa olunmasının ən son mərhələsindədir.
Tehsil-press.az