Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunan “Tələbədən-tələbəyə” layihəsində televiziya jurnalistikası təlimi keçirilib.
Təlim zamanı jurnalistika fakültəsinin magistrantı Aynurə Vəliyeva televiziya jurnalistikası haqqında biliklərini iştirakçılarla bölüşüb. O, reportajların hazırlanması, reportyor işinin xüsusiyyətləri, eləcə də xaricdə müxbir məntəqələrinin işi barədə ətraflı məlumat verib.
Sonra iştirakçılarla praktik iş aparılıb.
Qeyd edək ki, BDU-nun jurnalistika fakültəsinin tələbələri üçün nəzərdə tutulan “Tələbədən-tələbəyə” layihəsi çərçivəsində iştirakçılar onlayn xəbər, redaktə, fotojurnalistika, televiziya və radio jurnalistikası, video, montaj, idman jurnalistikası, data jurnalistikası və SMM (Sosial Media Meneceri) haqqında bilik və bacarıqlara yiyələnirlər.

BDU-nun Mətbuat Xidməti