BDU-nun müəllimi Giresun Universitetinin Jurnalistika fakültəsində olub

BDU-nun müəllimi Giresun Universitetinin Jurnalistika fakültəsində olub Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının müəllimi Vəfa İsgəndərova Mövlanə Mübadilə Proqramı çərçivəsində Türkiyənin Giresun Universiteti İlətişim Bilimləri (Jurnalistika) fakültəsində olub.
Giresun Universitetinin İlətişim Bilimləri fakültəsinin dekanı, professor Bayram Kaya, dekan müavini, dosent İsmail Cem Feridunoğlu, fakültənin professor-müəllim heyəti ilə görüşən Vəfa İsgəndərova, eyni zamanda, İctimaiyyətlə əlaqələr və tanıtım, Radio-televiziya və sinema, Qəzetəçilik bölmləri, onların fəaliyyəti, dərslərin gedişatı və proqramlarla tanış olub. V.İsgəndərova İctimaiyyətlə ələqələr fənninin tədris olunduğu üçüncü kurs tələbələri ilə fənnin tədrisi və elmi mənbələr haqqında fikir mübadiləsi aparıb, öz təcrübəsini bölüşüb, elm-mədəniyyət, kino sahəsində tanınmış mütəxəssis, professor Kurtuluş Kayalının həyat və yaradıcılığına ilə bağlı keçirilən simpozium və konfranslarda iştirak edib.
Səfər ərəfəsində birgə layihələr, o cümlədən seminar və konfransların keçirilməsi məsələləri müzakirə edilib. Fakültənin Radio-televiziya studiyasında yeni fəaliyyətə başlayan animasiya çəkilişlərində birgə fəaliyyətdən söz açılıb. Yaxın gələcəkdə universitetlər arasında beynəlxalq konfransın təşkil edilməsi barədə razılıq əldə edilib.
Proqramın sonunda V.İsgəndərova Giresun Universitetinin sertifikatına layiq görülüb.

Mətbuat və informasiya şöbəsi


BDU-nun müəllimi Giresun Universitetinin Jurnalistika fakültəsində olub

Oxşar xəbərlər