Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Nazirlər Kabinetinin “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifat”ında edilən dəyişikliklərlə bağlı mətbuat konfransı keçirilib.
Konfransda ADBTİA-nın rektoru Fuad Hacıyev ümummilli lider Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini vurğulayıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.
Rektor dövlətimizin başçısının təhsil sahəsi ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışıb.
Rəhbərlik etdiyi ADBTİA-nın inkişaf mərhələləri barədə məlumat verən F.Hacıyev bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifat”ına dəyişikliklərə əsasən bu ali məktəbdə iki yeni ixtisas: idman jurnalistikası, idman tibbi və reabilitasiya magistr ixtisasları yaradılıb.
Qeyd edilən dəyişikliklərin əhəmiyyətini vurğulayan F.Hacıyev müvafiq istiqamətdə iş aparıldığını diqqətə çatdırıb.
Bildirilib ki, müvafiq ixtisaslarla bağlı ADBTİA-da Avropanın bir sıra qabaqcıl universitetləri ilə əlaqələr qurulub və əməkdaşlıq çərçivəsində idman menecmenti, idman jurnalistikası, idman tibbi və reabilitasiya ixtisasları üzrə magistr proqramları hazırlanır.
Rektor qeyd edib ki, hazırda Böyük Britaniyanın Şeffild Hallam Universiteti ilə birgə idman menecmenti və idman jurnalistikası magistr ixtisasları üzrə kurikulum hazırlanır. Eyni zamanda, bu ölkənin Qlazqo Universiteti və London Kollec Universiteti ilə birgə idman tibbi və reabilitasiyası üzrə magistr proqramının hazırlığı aparılır. Qeyd olunan proqramlar ingilis dilində və modullar əsasında tədris ediləcək.
ADBTİA-da idman təhsilinin inkişafı istiqamətində reallaşdırılan digər tədbirlərdən bəhs edən F.Hacıyev yaxın vaxtlarda 2017-2018-ci tədris ili üçün magistr proqramlarına qəbulla bağlı şərtlərin də açıqlanacağını bildirib.
Böyük Britanıyanın UCL-in London Kollec Universitetinin İdman, Məşq və Sağlamlıq İnstitutunun məsləhətçisi, Royal Tibb Cəmiyyətinin İdman Tibbi və Reabilitasiya sahəsi üzrə vitse-prezidenti Mayk Luzmor ADBTİA-da həyata keçirilən proqramlarla bağlı fikirlərini bölüşüb, onun əhəmiyyətini vurğulayıb.
Konfransda jurnalistlərin sualları cavablandırılıb.

Kəmalə Rəhimli