Bu gün Azərbaycan Universitetində növbəti ənənəvi Karyera Günü keçirilib. “Karyerada ilk addım” şüarı ilə bu il beşincisi təşkil olunan tədbirdə müxtəlif profilli şirkət, idarə və müəssisələr, dövlət orqanları, təhsil müəssisələri və digər bu kimi qurumlar iştirakçılara öz vakansiyalarını, tələbələr üçün nəzərdə tutulan təcrübə və təqaüd proqramlarını təqdim ediblər.
Şirkət nümayəndələri və insan resursları üzrə menecerlər iştirakçıların işə müraciət və təcrübə keçmək üçün doldurduqları anketləri qəbul edib, onlara düzgün CV hazırlanması, iş müsahibələrinə hazırlaşma, özünü təqdimetmə üsulları haqqında məsləhət və tövsiyələrini veriblər.
Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi yuxarı kurs tələbələri və məzunlara müvafiq platforma təqdim etməklə onların iş dünyasına çıxışının dəstəklənməsi və gənclərin məşğulluq probleminin həllinə kömək göstərilməsidir.
İş dünyasının aparıcı şirkətləri ilə birbaşa təmasda olan tələbə və məzunlar özəl sektor və dövlət qurumlarında işə qəbul prosesinin qaydaları və mərhələləri ilə tanış olub, suallarını insan resursları departamentinin nümayəndələrinə ünvanlama imkanı əldə ediblər.
Tədbirdə iştirak edən şirkətlər
· AtaBank
· AtaTravel
· Synergy Group
· Dövlət İmtahan Mərkəzi
· Azərbaycan Respublikasının Prezdenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət)
· ASAN İnnovasiyalar Mərkəzi
· İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu
· İDRAK Texnoloji Transfer MMC
· AtaHolding
· Atəşgahsığorta
· ATL Tech
· Azercell
· Baş Məşğulluq İdarəsi
· Barattson
· Cybernet
· Azərbaycan Dəmir Yolları
· Mənzil İnşaatı Dövlət Agentliyi
· Mərkəzi Bank
· Kapital Bank
· Nikoil Bank
· Exspressbank
· Azər TürkBank
· Azərbaycan Beynəlxalq Bankı
· Millikart
· “Nömrə 1” Tədris Mərkəzi
· Oxbridge Academy
· R.İ.S.K Company
· SOCAR
· Ultra
· Veysəloğlu
· Gilan Holding
· “İnci” Şirkətlər qrupu
· AVT Logistika
· Odlar Yurdu sığorta brokeri
· Şəms Tərcümə Xidmətləri
· Vision Academy
· Oscar Education
İctimaiyyətlə əlaqələr şöbəsi