Azərbaycan Universitetinin məzunları “Oxbridge Academy”də işə başlayıb

Azərbaycan Universitetinin məzunları “Oxbridge Academy”də işə başlayıb Azərbaycan Universitetinin məzunları dünyanın nüfuzlu tədris və təlim şirkəti “Pearson”ın Azərbaycandakı nümayəndəsi, eyni zamanda Azərbaycan Universitetinin yerli tərəfdaşlarından olan “Oxbridge Academy” ümumi təhsil müəssisəsində işə qəbul ediliblər.
Biznes və iqtisadiyyat fakültəsinin məzunları Turan Nurməmmədova (Dünya iqtisadiyyatı) və Elvira Seyidova (Menecment), Humanitar fənlər fakültəsinin məzunu Fidan Əliyeva (Tərcümə - İngilis dili) işə qəbul prosesinin bütün mərhələlərini uğurla adlayaraq bu təhsil müəssisəsində müəllim köməkçisi olaraq işə başlayıblar.
Onların iş həyatındakı ilk uğurlu addımlarının arxasında Azərbaycan Universiteti Karyera Mərkəzinin böyük dəstəyi var. Belə ki, məzunları daim diqqət mərkəzində saxlayan mərkəz, ali təhsil müəssisəsinin karyera planlama strategiyasına uyğun olaraq onları bilik və bacarıqlarına uyğun vakansiyalara yönləndirməklə iş həyatına çıxışlarını dəstəkləyir. Karyera mərkəzi tərəfindən davamlı olaraq tələbələrə daha aşağı kurslardan karyera planlama fikrinin aşılanması və onların iş dünyasına hazırlanması, məzunların məşğulluq problemlərinin həlli istiqamətində təşkilatı və maarifləndirmə tədbirləri həyata keçirilir.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universitetinin məzunları “Oxbridge Academy”də işə başlayıb
Azərbaycan Universitetinin məzunları “Oxbridge Academy”də işə başlayıb
Azərbaycan Universitetinin məzunları “Oxbridge Academy”də işə başlayıb

Oxşar xəbərlər