Uğurun növbəti uğuru

Uğurun növbəti uğuru Bakı məktəblisi İtaliyada keçirilən “Özünü dünyaya göstər” IV beynəlxalq incəsənət festivalında qalib gəlib.
Bu qurumun tabeliyindəki 7 nömrəli tam orta məktəbin III sinif şagirdi Uğur Məmmədli rəqs ifası üzrə birinci yerə layiq görülüb. U.Məmmədli göstərdiyi rəqs ifasına görə kubok, I dərəcəli diplom və medalla təltif olunub. Məktəbliyə, həmçinin 267 ölkənin iştirak etdiyi beynəlxalq festivalda münsiflər heyətinin fəxri üzvü Fabio Lamborgininin fərdi hədiyyəsi də təqdim olunub.
Bundan əlavə, məktəbli IV beynəlxalq incəsənət festivalının San-Marino Respublikasında keçirilən qala konsertində də öz bacarığını nümayiş etdirib.
Qeyd edək ki, U.Məmmədli bundan əvvəl Bakıda keçirilən beynəlxalq incəsənət festivalında birinci yerə layiq görülərək, İtaliyada beynəlxalq festivalda iştirak etmək hüququ qazanıb.

Tehsil-press.az

Oxşar xəbərlər